Erməni mediası “QİSAS” haqqında: “Artıq çıxılmaz vəziyyətdəyik”

04.08.2022 - 11:34

“Bu günlərdə Azərbaycanla gərginlik yaşayırıq, amma Ermənistanın səsi eşidilmir”.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazıb.

Ermənistan mediası baş nazir Nikol Paşinyanı hədəfə alaraq, onunla bağlı tənqidi mövqe sərgiləyib

“Görünən odur ki, Baş nazir Nikol Paşinyan hələ də məzuniyyətdədir, istirahətindən zövq alır. Orada isə Ermənistan oğulları məhv olur. Müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi qurum səssizliyə qərq olub. Digər rəsmilər isə “sakit oturublar.

2016-cı ildən sonra bu gün çox şey dəyişib və biz 75 faiz ərazi itirmişik. Bu hadisələrin hamısı Paşinyanın hakimiyyəti dövründə baş verib. Biz artıq çıxılmaz vəziyyətdəyik”, – “Joqovurd”un yaydığı məlumatda deyilir.

Qeyd edək ki, ötən gün Azərbaycan Ordusu tərəfindən antiterror əməliyyatı keçirilib. İlkin məlumata görə, əməliyyat nəticəsində bir neçə terrorçu məhv edilib, 19 silahlı yaralanıb.

Antiterror əməliyyatına Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin növbəti dəfə atəşkəsi pozmasından sonra başlanılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=180083

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930