Türkiyədə zəlzələ bölgəsində bəzi məhkəmə fəaliyyətləri dayandırıla bilər

06.02.2023 - 20:14

“Vəziyyət normal axarına qayıdana qədər bəzi hallarda məhkəmə fəaliyyəti dayandırıla bilər”.

Bu barədə Türkiyə Hakimlər və Prokurorlar Şurasının Baş Katibliyindən yazılı açıqlama verilib.

“Ədliyyə xidmətlərinin tam dayandırılmasından söhbət getmir, lakın həbsetmə və təcili işlərdə, yarılma prosedurlarında, iddia müddəti yaxın olan istintaq və ittiham sənədləri, icrasının dayandırılması zəruri hesab ediləcək digər iş və əməliyyatlarda vətəndaşların hüquqlarının pozulmasına səbəb olmayacaq şəkildə zəruri həssaslıq göstərilə bilər. Ədliyyə xidməti göstərən binaları zədələnmiş və ya istifadəyə yararsız hala düşən məhkəmə orqanlarında məhkəmə prosedurları ədliyyə işçilərinin sağlamlığı və zəlzələnin yaratdığı vəziyyət nəzərə alınmaqla həyata keçirilə bilər. Zərurət yaranarsa, vəziyyət normal axarına qayıdana qədər bu məqsədlər üçün məhkəmə fəaliyyəti dayandırıla bilər”, – deyə açıqlamada qeyd edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=187594

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930