Bakı meriyasının həbs edilən keçmiş Aparat rəhbəri kimdir? – DOSYE

03.04.2021 - 13:21
Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyev həbs edilib.
R.Quliyevi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları saxlayıblar.
Yayılan məlumata görə, korrupsiyada təqsirləndirilən R.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun Mətbuat xidməti faktı təsdiqləyib.  Bildirilib ki, R.Quliyevin həbsi ilə bağlı yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.
Bəs Rasim Quliyev kimdir?
Modern.az-ın məlumatına görə, R.Quliyev 1970-ci ildə Naxçıvan MR-in Şahbuz rayonunda doğulub. Azərbaycan Neft Akademiyasını bitirib.
1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
1994-1996-cı illərdə AMEA Geologiya və Geofizika İnstitutunda mühəndis işləyib.
1996-2001-ci illərdə “Səs” qəzetində müxbir, siyasət şöbəsinin müdiri, baş redaktorun müavini, eyni zamanda Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında “Beynəlxalq əlaqələr və siyasi partiyalarla iş” şöbəsində təlimatçı işləyib və siyasi partiyaların Məşvərət Məclisində YAP-ı təmsil edib.
2000-ci ildə 29 saylı Səbail seçki dairəsinin sədri olub.
2001-ci il fevralın 13-dən Bakı Şəhər İcra Hakimiyyəti “Ərazi idarəetmə orqanları ilə iş” şöbəsinin müdiri, 2010-cu il yanvarın 6-dan 2018-ci il sentyabrın 20-nə kimi BŞİH Aparatının rəhbəri vəzifəsində çalışıb.
Həmin müddətdə ona dövlət qulluğunun müşaviri və dövlət qulluğunun baş müşaviri dərəcəsi verilib.
2015-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
BŞİH-nin Aparat rəhbəri vəzifəsindən çıxarılandan sonra – 2018-2019-cu illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Xarici Əlaqələr Departamentinin sədri işləyib.
Daha sonra yeni mer Eldar Əzizov onu Bakı Şəhər İcra Hakimiyyətindən uzaqlaşdırıb.
R.Quliyev 2019-cu ilin aprel ayından YAP Mərkəzi Aparatında işə təyin olunub.
O, Bakı Şəhər İcra Hakimiyyətində çalışdığı müddətdə keçmiş mer Hacıbala Abutalıbovun ən yaxın adamı saylılıb.
Rasim Quliyev “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin qardaşıdır.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=161941

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930