Tahir Kərimli 10 dəqiqəlik səs yazısından danışdı

04.08.2021 - 10:35

 

Tahir Kərimli 10 dəqiqəlik səs yazısından danışdı

 

Ötən gün Milli Məclisin növbədənkənar sessiyasında Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilərkən həmkarı Tahir Kərimli çıxış üçün söz almışdı və “polisin yiyəsi var, deputatın yiyəsi yoxdur” ifadələrini işlətmişdi.

Tahir Kərimlinin bu çıxışına ən sərt cavab isə Milli Məclisin sədri Sahibə Qafarovadan gəlmişdi: “Şəxsən mən sizi kabinetimə dəvət edəcəyəm. Ortada səs yazısı var. Mən özüm kabinetdən çıxacağam və sizi 10 dəqiqəlik səs yazısına qulaq asmağa məcbur edəcəyəm! Ondan sonra görüm siz belə danışa bilərsiniz, yoxsa yox?!”

Ölkə ictimaiyyətini maraqlandıran suallardan biri də budur: Həmin 10 dəqiqəlik səs yazısında nələr var idi?

Publika.az-ın əməkdaşı millət vəkili Tahir Kərimli ilə əlaqə saxlayıb. 10 dəqiqəlik səs yazısının təfərrüatlarını öyrənməyə çalışıb. Deputatın iclas bitdikdən sonra sədrin kabinetində həmin səs yazısını dinləyib-dinləmədiyini öyrənməyə çalışıb. Millət vəkili Tahir Kərimlinin bununla bağlı saytımıza açıqlaması qısa və konkret olub:

“Mən bu məsələdə öz ziyanıma susuram. Xahiş edirəm, danışmaq istəmirəm”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=165631

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031