Eldəniz Səlimovun həbsi atasından niyə gizlədilir?

04.08.2021 - 12:16

 

Eldəniz Səlimovun həbsi atasından niyə gizlədilir?

 

Deputat Eldəniz Səlimovun həbs edilməsi atasından gizlədilir.

Bu barədə məlumatı Bakupost-az-a ailəyə yaxın şəxslər verib. Bildirilib ki, atası Adil Səlimov xeyli müddətdir ağır yataq xəstəsidir, müalicə alır. Onun bir neçə dəfə insult keçirdiyi bildirilir. Səhhətinin ağırlığını nəzərə alıb, baş verən hadisə haqda ona məlumat vermirlər.

Mənbə Eldəniz Səlimovun özünün də qan-damar xəstəliklərindən əziyyət çəkdiyini bildirib. Məlumata görə, o, bir neçə il əvvəl qəfildən infarkt keçirib və ürək damarlarına stend qoyulub.

Eldəniz Səlimovun atasının uzun müddət ağır xəstəlikdən əziyyət çəkməsi, yataq xəstəsi olması xəbəri bəzi suallar doğurur.

Məlum olduğu kimi, ötən ay E.Səlimovun şirkət sahibi olan atası Adil Səlimovla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yaymışdı. Onun Xaçmaz rayonunun Fərzəlioba kəndində xüsusi mülkiyyətdə olan təqribən 27 hektar sahədə “Qərb Ekol” şirkəti tərəfindən aqrobağ salınması məqsədilə müxtəlifcinsli ağac və kol bitkilərini kəsdirdiyi, təbiətə ümumilikdə 65 040 manat məbləğində ziyan vurduğu aşkarlanmışdı. Ziyanın məbləği cinayət tərkibi yaratdığından sənədlər Xaçmaz rayon prokurorluğuna göndərilmişdi. Bununla bağlı Eldəniz Səlimov açıqlamasında demişdi ki, məsələyə onun aidiyyəti yoxdur. Onun açıqlamasından belə qənaətə gəlmək olurdu ki, atasının işinə qarışmır.

Atasının isə hansısa şirkətə sahiblik etmək, meşə qırdırmaq imkanı yox imiş, səhhəti buna imkan vermirmiş. Onda Adil Səlimovun adıyla bu işləri kimlər görüb? Bu işlərin başında Eldəniz Səlimovdan başqa kim ola bilər?

Hər halda bu məsələdə xeyli maraqlı suallar açıq qalır.

Qeyd edək ki, polisi döydüyü üçün Eldəniz Səlimovun deputat toxunulmazlığına ötən gün xitam verilib və o, həbs olunub. Qərardan dərhal sonra Eldəniz Səlimov saxlanılıb və onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=165639

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031