ABŞ Azərbaycana 10 it göndərdi

24.08.2021 - 18:44

 

ABŞ Azərbaycana 10 it göndərdi

 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) uzun illərdən bəri partnyoru olan ABŞ-ın Marşal İrsi İnstitutu tərəfindən (Marshall Legacy Institute, MLI) 2023-cü ilin iyul ayına qədər Azərbaycana 30 baş minaaxataran itin (MAİ) təhvil verilməsi planlaşdırılır.

Bu barədə  ANAMA-dan məlumat verilib.

İlk 10 xüsusi təlim keçmiş it ANAMA-ya 23 avqust tarixində Silk Way West Airlines şirkəti tərəfindən təmənnasız olaraq çatdırılıb.

Marşal İrsi İnstitutunun prezidenti Perri Baltimorun Azərbaycana səfəri çərçivəsində ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanovla Anlaşma Memorandumu və müqavilənin imzalanacağı gözlənilir. İmzalanma mərasimi Bakıda 26 avqust tarixində keçiriləcəyi nəzərdə tutulur. Həmçinin, ANAMA-nın Füzuli rayonundakı minaaxtaran itlərin təlim mərkəzini ziyarət məqsədi ilə, MLI nümayəndələrinin işğaldan azad edilən ərazilərə bir günlük işgüzar səfəri planlaşdırılır.

Əsas məqsəd mina və partlamamış hərbi sursatlarla (PHS) yüksək çirklənmənin müşahidə olunduğu Qarabağı görmək, təmizləmə əməliyyatlarının gedişatı ilə tanış olmaqdır.

30 baş minaaxtaran itdən 18-nin ABŞ-ın Marşal İrsi İnstitutu tərəfindən donorlar hesabına maliyyəşməsi həyata keçiriləcək. Marşal İrsi İnstitutunun mütəxəssisi də Azərbaycanda 10 iti müşaiyət etməkdədir. Səfər bir neçə günlük nəzərdə tutulub və əsas məqsəd uçuş zamanı itlərin narahatçılığının azalmasını təmin etmək, habelə, Azərbaycana gəldikdə iqlimləşmə və yeni bələdçilərlə uyğunlaşma prosesinə töhfə verməkdir. Xatırladaq ki, hər iqlim dəyişməsi dördayaqlı minaaxtaranlar üçün ciddi sınaqdır.

ANAMA ilə MLI arasında faydalı əməkdaşlıq əlaqələri 2005-ci ildən başlayıb və davam etməkdədir. Bugünədək ABŞ Dövlət Departamentinin və fərdi donorların dəstəyi ilə Marşal İrsi İnstitutu tərəfindən Azərbaycanın minatəmizləmə proqramına 36 baş mina axtaran və 4 baş partlayıcı axtaran it hədiyyə edilib və həmin itlər Agentlikdə təlim və akkreditasiya keçərək təyinatı üzrə əməliyyatlara qoşulub. İtlər müvafiq akkreditasiya və hazırlıq mərhələlərini keçdikcə, işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı sursatların təmizlənməsi əməliyyatlarına cəlb olunur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=166307

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930