Bu, bütün dünyaya mesajdır – Partiya sədri

06.09.2021 - 18:53

 

Bu, bütün dünyaya mesajdır – Partiya sədri

“Füzuli Beynəlxalq Hava Limanının çox qısa bir müddətdə inşa edilməsi bütün dünyaya böyük bir ismarışdır”.

Bunu çıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə deyib. Millət vəkili bildirib ki, Azərbaycan Böyük Qayıdış planını çox böyük sürətlə həyata keçirəcək:

“Azərbaycan Qarabağın bütün zəruri infrostrukturunun inşasını sürətlə davam etdirəcək. Beləliklə, yaxın gələcəkdə yüz minlərlə azərbaycanlı öz ata-baba yurdlarına geri dönəcək. Qarabağda ən müasir texnologiyalardan istifadə etməklə yeni sistemlər formalaşdırılacaq. Əslində Füzuli hava Limanı Qarabağa açılan yeni bir qapıdır”.

Deputat bildirib ki, bütün bunların ardınca digər hava limanları tikiləcək:

“Eyni zamanda, dəmir yolları çəkiləcək. Artıq Şuşaya çəkilən avtomobil yolunun çəkilişi də yekunlaşmaq üzrədir. Qarabağa böyük qayıdış Azərbaycanın qarşısındakı ən böyük hədəfdir. Azərbaycan bu hədəflərə də uğurla çatacaq. Bizim zəfərimiz davam edir. Azərbaycan görülən işlərlə bir daha dünyaya təsdiq və bəyan edir ki, Qarabağ Azərbaycandır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=166587

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031