Sabiq daxili işlər naziri general rütbəsindən məhrum edildi

24.09.2021 - 12:00

Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədovun həbsi ilə bağlı bəzi detallar məlum olub.

 

“Qafqazinfo”nun məhkəmə materiallarından əldə etdiyi özəl məlumata görə, sabiq nazir Ə.Əhmədovun həbsindən öncə iki ay istintaqdan gizlənib və axtarışa verilib.

 

Belə ki, onun barəsində 2020-ci il dekabrın 15-də həbs qətimkan tədbiri seçilib, lakin istintaqdan yayındığı üçün faktiki olaraq həbs edilməyib. O, 2021-ci il fevralın 25-də Bakıda saxlanılaraq həbs edilib. Əhməd Əhmədov Şərur rayonunun Tumaslı kəndində anadan olub, lakin vəzifədən çıxarıldıqdan sonra Bakıya köçərək Sabunçu rayonunda yaşamağa başlayıb.

 

Naxçıvan MR Hərbi Məhkəməsinin hökmü ilə Əhməd Əhmədov xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri təqsirli bilinərək 11 il müddətinə azadlıqdna məhrum edilib.

 

Həmçinin, məhkəmənin hökmü ilə Ə.Əhmədovun “daxili xidmət general-mayoru” ali-xüsusi rütbəsindən, “polis general-leytenantı” ali-xüsusi rütbəsindən, “general-leytenant” ali hərbi rütbəsindən və “Azərbaycan Bayrağı” ordenindən məhrum edilib. Hökmün icrası üçün həmin rütbələri və dövlət təltiflərini vermiş müvafiq orqana təqdimat göndərilib.

 

Qeyd edək ki, Ə.Əhmədov 2000-2017-ci illərdə Naxçıvanda daxili işlər naziri olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=167013

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930