Deputat 18 Oktyabrın qeyri-iş günü olmasını İSTƏDİ

11.10.2021 - 15:10

Azərbaycanda 18 Oktyabr qeyri-iş günü kimi qeyd edilməlidir.

 

Bunu Milli Məclisin deputatı Əli Məsimli parlamentin bu gün keçirilən iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsi haqqında müzakirələr zamanı deyib.

 

O qeyd edib ki, 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün və 28 May – Müstəqillik Gününün bayram kimi qeyd edilməsi məsələsinə aydınlıq gətirmək lazımdır.

 

Deputat vurğulayıb ki, hazırkı qanunvericilik aktlarına görə, 18 Oktyabr iş günü, 28 May qeyri-iş günü kimi qeyd olunur: “Bu bayramlar arasında fərq qoyulmasını düzgün hesab etmirəm. 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününün hər il dövlət bayramı kimi qeyd edilməsi ilə bağlı fərman var, amma bu günü qeyri-iş günü kimi qeyd etmirdik. Bunu bərpa etməliyik və 18 Oktyabrı da qeyri-iş günü kimi qeyd etməliyik”.

 

Qeyd edək ki, yeni qanun layihəsinə əsasən, 28 May Respublika Gününün Müstəqillik Günü kimi qeyd edilməsi, 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününün isə Müstəqilliyin Bərpası Günü kimi adlandırılması nəzərdə tutulur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=167484

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930