Səttar Möhbalıyev: “İnanırıq ki, sakinləri Kəlbəcərdə xoşbəxt həyat gözləyir”

24.11.2021 - 15:02

Səttar Möhbalıyev: “İnanırıq ki, sakinləri Kəlbəcərdə xoşbəxt həyat gözləyir”

“Şərəf və ləyaqətlə yazılmış 44 günlük Zəfər tariximiz bir sıra vacib məqamları ilə Azərbaycan tarixində dərin iz qoyub. Belə ki, hərb meydanında Azərbaycan Ordusunun qazandığı misilsiz qələbə düşməni siyasi müstəvidə də diz çökdürdü. Demək olar ki, müharibə vaxtı məhv edilmiş və pərən-pərən salınmış Ermənistan ordusunun qalıqlarının yeganə xilas yolu kapitulyasiya aktı oldu. Nəticədə Ağdam, Kəlbəcər və Laçın döyüşsüz, itkisiz işğaldan azad edildi. Təbii ki, Azərbaycan Ordusu bu əraziləri də azad edəcəkdi, amma Ordumuzun gücünü, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətini və ali sərkərdəlik keyfiyyətlərini görən düşmən məğlubiyyətini öncədən rəsmiləşdirmək məcburiyyətində qaldı. Ermənistan tərəfi anladı ki, Azərbaycan əsgəri torpağının bir qarışını belə düşmənə verməz və bu yolda qarşısıalınmazdır. Məhz əsgərlərimizin döyüş ruhu və pisxoloji üstünlüyü bütün cəhədə qalibiyyətimizi təmin etdi”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

S.Möhbalıyev qeyd edib ki, 1993-cü il aprelin 2-də Kəlbəcəri işğal edən Ermənistan amansız talanlar törətdi, əliyalın dinc sakinlərə divan tutdu: “İşğal nəticəsində 511 dinc sakin öldürüldü, 321 adam əsir götürüldü və itkin düşdü. Bu əməllər düşmənin əsl simasıdır. İşğal dövründə Ermənistan bütün beynəlxalq normalara zidd olaraq Kəlbəcərdə qanunsuz məskunlaşma aparırdı. O torpaqlarda əbədi yaşayacaqlarını, Azərbaycanın işğalla barışacağını düşünürdülər. Onların arzuları da, əməlləri də, xarakterləri də işğala köklənmişdi, faşist düşüncəsi ilə öz çirkin niyyətlərinin həyata keçəcəyini xəyal edirdilər. Amma dövlətimizin başçısı cənab İlham Əliyevin qətiyyətli və dəyişməz mövqeyi, xalqımızın sarsılmaz birliyi və Ordumuzun yenilməz qüdrəti Ermənistanın bu istəklərini alt-üst etdi. 44 gün ərzində düşmənin uzun illər hazırlanmış işğal strategiyası iflasa uğradı, faşizm siyasəti süqut etdi, separatizm tutarlı dərsini aldı, məğlubedilməz erməni ordusu mifi məhv edildi, erməni əsgərinin fərari olduğu sübuta yetirildi, qəhrəman adlandırdlqları

generalların isə əsgər payına göz dikən oğru olduğu üzə çıxdı. Həmçinin Azərbaycan haqqında uydurduqlarının yalan və böhtan olduğu məlum oldu. Biz bunu 44 gün ərzində məhz Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşərək bacardıq. Babalarımızdan bizə miras qalmış “Güc birlikdədir”, “Birlik olmayan yerdə dirilik də olmaz” kimi müdrik kəlamlar mənəvi dayağımız oldu. İnanırıq ki, bundan sonra da bu birlik əbədi və sarsılmaz qalacaq, gələcək uğurlarımızın təminatçısı olacaq”.

AHİK sədri bildirib ki, ermənilər qanunsuz məskunlaşdıqları Kəlbəcər ərazisindən çıxarkən etdikləri əməllərə bütün dünya şahid oldu, həmin vaxt dünyanın bəzi nüfuzlu KİV-i bu barədə reportajlar da yayımlamışdılar: “Onlar çıxarkən evlərə od vururdular, ağacları kəsib doğrayırdılar, hətta heyvanları belə məhv edirdilər, bir sözlə, insana xas olmayan vəhşiliklər törədirdilər”.

Onun sözlərinə görə, bu gün Kəlbəcərdə abadlıq-quruculuq işləri sürətlə həyata keçirilir: “Bu ilin 16 avqust tarixində dövlətimizin başçısı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda oldular, aparılan işlərlə yaxından tanış oldular. Burada görülən işlərin miqyası bir daha göstərir ki, yaxın gələcəkdə Kəlbəcər respublikamızın inkişaf etmiş rayonlarından birinə çevriləcək, sakinlərin orada rahat və xoşbəxt yaşaması üçün hər cür şərait yaradılacaq. İşğaldan əvvəl də rayonun turizm potensialı yüksək olub, indi də bu imkan mövcuddur. Əsrarəngiz və göz oxşayan təbiəti, təbii mineral suları, İstisu bulağı və digər sərvətləri buraya turistlərin gəlməsinə şərait yaradacaq. Bu da rayonun iqtisadi gücünü artıracaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=168369

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031