cumhuriyyet.net
Prezident baş konsulu vəzifəsindən geri çağırdı - FOTO • Cumhuriyyət
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Rusiya Federasiyasının Yekaterinburq şəhərindəki baş konsulu ilə bağlı sərəncam imzalayıb. Sərəncamda deyilir: “İlqar Fazil oğlu İskəndərov Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılsın”. İlqar İskəndərov 2 aprel 2018-ci il tarixində Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsinə təyin edilmişdi.
nesimi