Mirşahinin adından yayılan sitat aləmi bir-birinə QATDI

13.01.2022 - 14:48

“Real” Televiziyasının rəhbəri Mirşahin Ağayevin adından sosial şəbəkədə yayılan bir açıqlama geniş müzakirələrə səbəb olub.

Facebook-dakı “Made in Azerbaijan” səhifəsinin Mirşahin Ağayevin adından paylaşdığı sitatı o, guya hansısa verilişdə səsləndirib. Həmin sitatda deyilir:

“Rus ordusunun peşəkarlığı sayəsində Qazaxıstanda vandal kütlə öz layiqli cəzasını aldı. Parlamentin növbəti iclasında rus ordusu üçün Bakıda hərbi hissə ayrılmasını təklif edəcəm. Azərbaycanda radikal ünsürlər nə vaxtsa baş qaldırsa, rus ordusunu köməyi ilə onların dərsini çox asanlıqla verə bilərik”.

Sözügedən sitatı 140 nəfər paylaşdığından daha çox izləyiciyə çatıb.

Bu paylaşımlara yazılan çoxsaylı rəylərdə sosial şəbəkə istifadəçiləri hiddətlərini gizlətməyərək, kütləvi şəkildə “Real” Televiziyasının rəhbərini necə deyərlər, ağ yuyub qara səriblər.

“Real” telekanalının əməkdaşı Mahir Məmmədli bununla bağlı açıqlama yaymağa məcbur olub. O bildirib ki, Mirşahin Ağayevin adından rus ordusunun Azərbaycana dəvət edilməsi ilə bağlı yayılan açıqlama provakativ və feyk paylaşımdır.

“Bunu dəqiqləşdirmək o qədər də çətin deyil. Çünki sosial şəbəkələrdə Mirşahinin müəllif proqramının bütün buraxılışları paylaşılır və hər zaman izləmək mümkündür.
Təəssüf ki, xaricdən idarə olunan Facebook səhifələrində paylaşılan feyk “sitatlar”ı oxuyan və ailəsində eşitdiklərini şərh yerinə yazanlar özlərinə əziyyət verib həqiqəti dəqiqləşdirmək istəmirlər. Tipik sosial şəbəkə qaragüruhu ortadadır”,- M.Məmmədli əlavə edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=169436

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930