Azərbaycana qarşı döyüşmüş ekstremist qrup rəhbəri HƏBS OLUNDU

22.01.2022 - 11:40

Fransa vətəndaşı, Parisdə zorakılığın əsas təhrikçisi olan ekstremist “Zouaves Paris” (ZVP) qruplaşmasının lideri, ikinci Qarabağ müharibəsi zamanı Azərbaycanın işğal altında olan ərazilərinə gələrək terrorçuluq fəaliyyəti ilə məşğul olmuş və Ermənistan tərəfində muzdlu kimi döyüşmüş Mark De Kakkere-Valmenir Fransada 1 il müddətinə azadlıqdan məhrum edilib.

 

Prezidentliyə namizəd, ifrat sağçı Erik Zemmurun dekabr ayında keçirilən mitinqində zorakılıq tətbiq etdiyi üçün nümayişlərdə iştirakına qadağa qoyulan De Kakkere-Valmenir yanvarın 15-də keçirilən aksiyada iştirak etdiyinə görə saxlanılıb, sonra həbs edilib.

 

De Kakkere-Valmenir daha əvvəl Parisdə barda hücuma görə bir il həbs cəzasına məhkum olunub.

 

Qeyd edək ki, onun aksiyalarda iştirakına qadağa qoyulmuşdu. Bu, ekstremist qruplaşma rəhbərinin ilk həbsi deyil. O, 2018-ci ilin dekabrında “sarı jiletlilər”in nümayişində zorakılığa görə 6 ay, bara hücuma görə isə 10 ay həbs cəzasına məhkum edilmişdi.

 

Xatırladaq ki, “Zouaves Paris” qruplaşmasının lideri 2020-ci ilin oktyabrında ikinci Qarabağ müharibəsində işğalçı Ermənistanın tərəfində müharibədə iştirak etdiyini bildirmişdi. Mark de Kakkere-Valmenir instaqramdakı səhifəsində qeyd etmişdi ki, Dağlıq Qarabağa ermənilərlə birlikdə vuruşmağa yola düşüb. Mark de Kakkere “Kalaşnikov” avtomatı lə hərbi formada şəklini paylaşaraq ermənilərlə əməkdaşlıqla “xarici könüllülər briqadası”nı yaratmaq arzusunu açıqlamışdı.

 

Özünü faşist adlandıran Mark de Kakkere-Valmenir Parisdə zorakılığın əsas təhrikçisi olan sağ ekstremistlər qruplaşmasına “Zouaves Paris” adını verib.

 

000

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=169704

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930