“Soruşurlar ki, Hadı Rəcəblinin qəbuluna gəlmisiniz?”

03.10.2018 - 12:02

“Bəzən mətbuatda yazırlar ki, deputatlar ayda bir-iki dəfə yığışır, iş görmürlər. Amma biz çalışırıq. Məsələn, parlamentin İnsan hüquqları komitəsi hesabatını təqdim etdi. Özünüz də gördünüz ki, nə qədər iş görülüb. Təkcə Milli Məclisin sədri Oqtay Əsədovun gördüyü iş bir komitənin gördüyü işə dəyər. Bəzən bunu jurnalistlər görmürlər. Onlar elə bilirlər ki, ayda iki-üç dəfə parlamentin plenar iclasında otururuq, başqa işimiz yoxdur. İşimiz bundan ibarət deyil”. 

Cumhuriyyet.net xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Yevda Abramov deyib. Onun sözlərinə görə, Milli Məclisdə qanunverici bazanın təkmilləşdirilməsi istiqamətində böyük işlər görülür. Y.Abramov qeyd edib ki, jurnalistlər Milli Məclis komitələrinin hesabatları ilə yaxından tanış olmalıdırlar: “O zaman həqiqəti biləcəklər. Mən öz işimlə bağlı danışıram. Daim seçicilərlə işləyirəm. Hərdən görürəm ki, Milli Məclisin qarşısında insanlar gəlib, onlardan soruşurlar ki, deputat Hadi Rəcəblinin qəbuluna gəlmisiniz? Deyirlər, yox, yəhudi deputatla görüşmək istəyirik. Bu, mənə də xoşdur, həm də o deməkdir ki, biz işləyirik”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=123277

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2018
BE ÇA Ç CA C Ş B
« Sen    
1234567
891011121314
15161718192021
22232425262728
293031