BSU-da beynəlxalq seminar öz işinə başladı

12.11.2018 - 15:22

       

 

 

 

 

 

Noyabrın 12-də Bakı Slavyan Universitetində Rus dili və Ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiyasiyası (MAPRYAL) və universitetin birgə  təşkilatçılığı  ilə “Rus dili məktəb və ali tədris müəssisələrində xarici dil kimi: dil təliminin intensivləşmə yolları” adlı  Beynəlxalq elmi-praktik seminar keçirilib.

BSU-nun rektoru, professor Nurlana Əliyeva  seminarı açaraq BSU-nun keçdiyi yoldan, tədris prosesindən, hazırki şəraitdə rus dili və ədəbiyyatının tədrisi istiqamətində həyata keçirilən tədbirlərdən, universitetin beynəlxalq əlaqələrindən, slavyanşünaslığın inkişafı üzrə layihələrdən danışıb.

Prof. N.Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyası ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin genişlənməsi istiqamətində gördüyü işlər, təhsil sahəsində birgə layıhələr barədə məlumat verıb.

O, Rusiya Federasiyasının Prezidenti V.V.Putinin BSU-nun Fəxri doktoru olduğunu xatırladıb. BSU rektoru rus dilinin tədrisinin ölkəmizdə xüsusi ənənəsinin olduğunu, dünya ədəbiyyatının bir çox incilərinin məhz bu dil vasitəsilə Azərbaycan oxucularına təqdim olunduğunu və eyni zamanda Azərbaycan yazıçı və şairlərinin əsərlərinin rus dili vasitəsilə dünyaya çıxdığını bildirib.

Sonra rektor BSU-nun Rusiyanın 28 universiteti ilə əməkdaşlıq müqavilələrinin olduğunu, birgə konfranslar, seminarlar keçirildiyini, tələbə-müəllim mübadiləsi aparıldığını bildirib.

O, eyni zamanda qonşu ölkənin bir çox ali təhsil olcaqlarında Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin fəaliyyət göstərdiyini vurğulayıb.

Rektor BSU-da Moskva və Sankt Peterburq mərkəzlərinin fəaliyyət göstərdiyini, burada gənclərin təkcə rus dilini deyil, həm də rus xalqının tarixini, mədəniyyətini, etnoqrafiyasını və ədəbiyyatını öyrəndiyini bildirib.

Sonra söz alan Rusiya Humanitar missiyasının rəhbəri Tatyana Orlova səmimi qəbula görə və elmi-praktik seminarın keçirilməsinə şərait yaratdığına görə BSU rəhbərliyinə minnətdarlığını bildirib. O, Azərbaycanla Rusiya arasında münasibətlərin bütün zamanlarda qarışıllqlı  etimad və etibara söykəndiyini qeyd edib.

T.Orlova  BSU-da rus dilinə xüsusi diqqət yetirilməsinə dəfələrlə şahid olduğunu söyləmiş və tələbələrin hazırlıq səviyyəsindən razılığını qeyd etmişdir. O, bu ənənənin gələcəkdə də davam etməsinin vacibliyini vurğulayıb.

MAPRİAL-ın Baş katibi Natalya Brunova BSU-nun qapılarının elmi müzakirələrə, diskussiyalara həmişə açıq olmasının şahidi olduğunu bildirib.

O, keçən il  rus dilinin tədrisi məsələləri ilə bağlı Beynəlxalq konfransa BSU-nun  ev sahibliyi etməsini və MAPRİAL-ın və Rusiya Təhsil Akademiyasının prezidenti akad. Lyudmila Verbitskayanın rəhbərliyi ilə nüfuzlu Rusiya nümayəndə heyətinin qatıldığı həmin tədbirdə son dərəcə səmərəli təkliflərin irəli sürüldüyünü xatırladıb.

Tədbir daha sonra BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərovun moderatorluğu ilə davam etmişdir. Beynəlxalq seminar sabah da öz işinə davam edəcək.

                                                                                 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=124501

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930