Gəncə səhiyyəsində özbaşınalıq – VİDEO

04.01.2019 - 09:35

Gəncə şəhərində fəaliyyət göstərən Nikah və Ailə Məsləhətxanasında vətəndaşlara Tibbi Xdmət ödənişli əsaslarla olmasına baxmayaraq sözü gedən müəsissədən özbaşınalıqların olduğu iddia edilir.

Daşkəsən rayon sakini İsgəndərov Amil Qafar oğlu Moderator.az vasitəsi ilə səhiyyə naziri Oqtay Şirəliyevə video müraciət edib.

Belə ki, Daşkəsən rayon sakini həyat yoldaşı Həsənova Rübabə Bəxtiyar qızının müayinə olunması üçün 26.12.2018-ci il tarixdə Gəncə şəhərində yerləşən Nikah və Ailə Məsləhətxanasına aparıb. Həmin məsləhətxananın həkim lobarantı Zeynalova Əsmayə onlardan virus və mikrobların təyin edilməsi üçün analizə 100 azn pul tələb edib. Şikayətçi də həmin deyilən məbləği orada həkim lobarantın şəxsən özünə verdiklərini bildirirlər.

Sözü gedən Tibbi Müəsissədə onlara göstərilən xidmətin müqabilində ödənişə görə qəbz də verilməyib. Şikayətçinin qıcıqlandıran əsas məsələ ondan 100 manat alınması deyil, onlara verilməli olan analizlərin cavabının başqa şəxsə məxsus olmasıdır.

Sonda Daşkəsən rayon sakini cənab səhiyyə naziri Oqtay Şirəliyevdən Gəncə Nikah və Ailə Məsləhətxanasında baş verən özbaşınalıqla bağlı ölçü götürülməsi və ona dəymiş maddi ziyanın geri qaytarılmasına köməkdarlıq etməsini xahiş edir.

https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: https://www.cumhuriyyet.net/?p=126139

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq    
 123456
78910111213
14151617181920
21222324252627
282930