“Əsas təhlükə dənizdə gözlənilir” – nazirlik sözçüsü

16.01.2019 - 16:29

“ETSN-nin təhlükəli hidrometeoroloji hadisə ilə bağlı yaydığı məlumat bilavasitə Xəzər dənizi akvatoriyasında gözlənilən təhlükə yarada bilən şiddətli küləklə bağlıdır”.

Bunu nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova musavat.com-a açıqlamasında bildirib . Onun sözlərinə görə, bununla əlaqədar Dövlət Dəniz Adminstrasiyasına, neft şirkətinə və digər dənizdə iş aparan qurumlara 2 gün əvvəldən xəbərdarlıq verilib ki, onlar qabaqlayıcı tədbirlər görə bilsinlər:”Bununla da biz üzərimizə düşən vəzifəni yerinə yetiririk. Əhali tərəfindən nazirlikdə yaradılan qərargaha daxil olan çoxsaylı zənglərdə hava şəraiti ilə bağlı narahatlıq yarandığından, diqqətə çatdırmaq istəyirik ki, ən şiddətli külək açıq dənizdə gözlənilir. Yəni xəbərdarlıq ona görə tam təfsilatı və dəqiqliyi ilə verilib ki, əsasən dənizdə işləyənlər əvvəlcədən vəziyyətin ciddiliyindən xəbərdar olsun və bədbəxt hadisələr baş verməsin. Amma Bakıda və Abşeron yarmadasında da güclü külək əsəcəyi, sulu qar yağacağı, temperaturun 10 dərəcəyədək aşağı düşəcəyi gözlənilir.

Temperaturun birdən-birə 10 dərəcəyədək aşağı enməsi də fəsadlara səbəb ola bilər. İşıq, qaz, kommunal təsərrüfatlar üçün bu, bir hazırlıq xəbərdarlığıdır. Biz xəbəri yayırıq ki, əhali gözlənilən kəskin havaya hazırlıqlı olsunlar. Güclü küləyin olacağı məlumatı da dənizdə işləyənlərlə bərabər, şəhərdə istehsalat zonalarında, tikintilərdə işləyənlərə xəbərdarlıqdır ki, qabaqlayıcı tədbirlər görülsün, hündür mərtəbələrdə iş aparılmasın, hündür kranların işi dayandırılsın. Elə vətəndaşların özləri də bilsinlər ki, belə küləkli hava şəraitində ağacların, dirəklərin aşması təhlükəsi yarana bilər, buna görə də ehtiyatlı olsunlar.

Bir də vurğulayıram, belə ciddi hava xəbərdarlığı barədə məlumatı yaymaq vacibdir ki, insanlar, aidiyyəti qurumlar əvvəlcədən hazırlıqlı olsunlar. Amma eşidirik ki, nazirliyi belə həyəcanlı məlumatı yaymaqda qınayanlar da var. Məncə əsassızdır, çünki insanlar müəyyən təhlükələrdən əvvəlcədən xəbərdar olsa, güclü və çevik olar, gözlənilən təhlükədən özünü qoruya bilər. Yəqin dənizdə neftçilərin güclü külək nəticəsində faciə ilə üzləşməsi hamının yadındadır. Bütün bunların baş verməməsi və insanların işlərini havaya uyğun qurmaları üçün əvvəlcədən xəbərdarlığın verilməsi vacib və zəruridir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=126408

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031