Məkkə ilk zəvvar qrupunu qəbul etdi

26.07.2020 - 18:36

Səudiyyə Ərəbistanının qərarı ilə məhdud sayda – cəmi min zəvvarın iştirak edəcəyi Həcc ziyarətinə gələn ilk qrup qəbul edilib. Zəvvarlar Krallıqda yaşayan yerli və əcnəbi dindarlardan ibarətdir.

AzərTAc bildirir ki, yerli KİV-in xəbərlərində Krallığın Həcc və Ümrə məsələləri üzrə naziri Məhəmməd Saleh Bəntenin məhdud tərkibdə zəvvarların təhlükəsizliyi ilə bağlı açıqlamaları yer alıb. O bildirib ki, Kral Salmanın göstərişinə əsasən, bu il Həcc ziyarəti ev karantini ilə başlayıb. Zəvvarlar Məkkəyə gəlməzdən əvvəl öz evlərində karantin müddəti keçirib və bundan sonra yenidən COVID-19-a qarşı müayinə olunublar.

Nazir əlavə edib ki, Məkkə və Mədinədəki müqəddəs məscidlərdə, habelə zəvvar düşərgələrində də yoluxma hallarının olmaması üçün ən ciddi tədbirlər görülüb.

Səudiyyəli nazir vurğulayıb ki, Krallıq son on il ərzində bütün dünyadan gələn 150 milyon zəvvara ən yüksək səviyyədə xidmət göstərib. O, növbəti ildə pandemiyanın aradan qalxacağına və normal Həcc ziyarəti keçiriləcəyinə ümidvar olduğunu bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=150951

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031