Xalqının və dövlətin güvənc yeri – ordumuz

23.09.2020 - 10:38

Emin Həsənli: “Hətta Köçəryan da bu yaxınlarda bəyan etdi ki, Ermənistan Azərbaycan Ordusu ilə uzunmüddətli müharibə aparmaq gücündə deyil”

Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin güvənc mənbəyidir. Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü ordularından biridir.  Ordu quruculuğu istiqamətində həyata keçirilən sistemli və məqsədyönlü tədbirlərin nəticəsi kimi, Azərbaycan güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir.  Bütün Azərbaycan xalqı, hər bir vətəndaş milli ordumuzun, hərbçilərimizin təəssübünü çəkir, ordumuzun gücünə inanır, ona güvənir.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli bildirdi ki, bu gün hər bir Azərbaycan vətəndaşı hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsində arxalana biləcəyimiz gücün ordumuz və Ali Baş Komandanımız olduğunu bilir. Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və beynəlxalq reytinqlər də, cəbhə xəttində düşmənə verilən cavab zərbələri də bunu göstərir. Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib, bu proses davam etdirilir: “Məhz son illərdə  Azərbaycan Ordusu bir-birinin ardınca elə qələbələrə imza atıb ki, artıq Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qeyd- şərtsiz azad etməkdən başqa çıxış yolu qalmır. İndi Ermənistan KİV-ləri və sosial şəbəkələri Azərbaycanın güclü ordusu haqqında etiraflarını davamlı olaraq dilə gətirirlər. Hətta Azərbaycana qarşı ən qatı düşmən mövqedə olan keçmiş prezident Robert Köçəryan bu yaxınlarda bəyan etdi ki, Ermənistan Azərbaycan Ordusu ilə uzunmüddətli müharibə aparmaq gücündə deyil. Göründüyü kimi, ordumuz artıq reallığı düşmənə etiraf etdirir. Azərbaycan Ordusunun düşməni torpaqlarımızdan qaçmağa məcbur edəcəyi günü də yaxınlarda görəcəyik.

Emin Həsənli: “Həmin şəxslər ilk növbədə dövlətə və polisə hörmətsizlik  ediblər”

Emin Həsənli

Ordumuzun 2016-cı ilin şanlı aprel döyüşləri, bundan sonra Günnüt zəfəri, bu yaxınlarda Tovuz istiqamətində hücuma keçən düşmənə sarsıdıcı zərbə vurub geri oturdulmasının davamını ermənilər görəcəklər. Azərbaycan cəbhə bölgəsində hədəfinə doğru cəsarətlə irəliləyir. Ali Baş Komandan İlham Əliyev dəfələrlə vurğulayıb ki, düşmənin elə bir hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir. Bizim ordumuz bunu döyüş meydanında da göstərir və nümayiş etdirir.

Bu bir həqiqətdir ki, Azərbaycan Ordusu bu gün ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə qadir bir qüvvədir”.

Ekspert qeyd etdi ki, Azərbaycanın dövlət büdcəsindən irihəcmli vəsaitlər məhz ordunun inkişafına, onun təchizatının yüksəlməsinə ayrılır. Təbii ki, bu belə də olmalıdır. Çünki müharibə aparan ölkənin təminatlı ordusunun olması şərtdir. Bu amil də ordumuzu ərazilərimizi erməni terrorçularından təmizləməyə qadir ordu halına gətirən amillərdəndir. Prezident İlham Əliyevin diqqəti, qayğısı və rəhbərliyi ilə son illər həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusuna çevrilib. 2003-cü ildən indiyə qədər Azərbaycanın hərbi büdcəsi 15 dəfədən çox artırılıb. Azərbaycanın hərbi sənayesi də inkişaf edib. Bu gün ordumuzun silahlanmasında, texnika ilə təchizatında milli müdafiə sənayemizin məhsulları əhəmiyyətli yer tutur.

Bu amil də ölkəmizin hərbi potensialını artırır”.

E.Həsənli onu da dedi ki, ordumuz və hərbçilərimizə qarşı inamsızlıq formalaşdırmağa çalışan, yalan, dezinformasiya yayan, onu gözdən salan şəxslər ən sərt şəkildə qınağa layiqdirlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=154752

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930