Qazinin özü və qardaşı üçün kiçik təsərrüfatlar yaradılacaq

09.01.2021 - 13:19

Vətən müharibəsi iştirakçıları ilə bağlı sosial dəstək tədbirləri müharibədə yaralanmış Xankişiyev Mirqəfər İlqar oğlunu və ailəsini də əhatə edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Musavat.com-a verilən məlumata görə, nazirlik əməkdaşları Mirqəfər və ailəsi ilə görüşüblər.

Qazinin istəyinə uyğun olaraq sağalandan sonra onun özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyat aparılıb. Mirqəfərin qardaşı maşın ustası işləyir və avtoçilingər peşəsi üzrə xidmət sahəsini yaratmaq üçün o da özünüməşğulluq proqramına cəlb edilmək istəyib. Onun da qeydiyyatı aparılıb və yaxın vaxtlarda hər ikisi üçün proqramın dəstəyi ilə kiçik təsərrüfatlar yaradılacaq.

Qazinin atası vəfat edib, anası əlilliyə görə pensiya alır. Mirqəfərin əlilliyi də qiymətləndiriləcək, əlillik təyin olunduğu halda aylıq sosial ödənişlərlə təmin olunacaq.

Saatlıda yaşayan ailə 9 nəfərdən (qazinin anası, özü, həyat yoldaşı və iki usağı, qardaşı, qardaşının həyat yoldaşı və iki usağı) ibarətdir. Ailəyə gələcəkdə digər istiqamətlərdə də sosial dəstək verilməsi üçün işlər aparılacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=159508

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930