“Mərkəzi Bank üçün 450 milyon manata bina tikilməyəcək” (İDDİA)

17.01.2021 - 15:56
“Mərkəzi Banka 450 milyon manat dəyərində yeni inzibati bina tikilməyəcəyi qənaətindəyəm. Təəssüratım odur ki, müharibədən sonra hökumət özü tender nəticələrinin ləğvi yollarını axtarır”.
Qaynarinfo xəbər verir ki, bunu ReAl Partiyasının sədri İlqar Məmmədov “Facebook”da yazıb.
Partiya sədri daha bildirib:
“Əlbəttə, indiki bina Bakının simasını korlamış ilk yeni tikililərdən biridir. Onun ən azından rəngləri dəyişməlidir. İmkan varsa ona başqa memarlıq dəyişiklikləri də eləmək olar, hətta tam sökmək də olar. Amma onun yerinə 450 milyon manat verib təzəsini tikmək – heç bir çərçivəyə sığmır.
Layihənin ləğv olunacağı haqda məntiqli gözləntim doğrudursa, bunun hansı rəsmiyyətlə ediləcəyi maraqlıdır. Dövlət vəsaiti tenderin qalibi olan şirkətə Qarabağın dirçəldilməsi layihələri üçün də ayrıla bilər. Bu, daha məntiqlidir və hər kəsi razı salacaq bir həll yolu olar”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=159899

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930