Minsk Qrupunun səmərəsizliyi ATƏT üçün problem yaradıb

19.01.2021 - 10:33

Politoloq Elşən Mustafayev: “Ölkələr problemlərinin həlli üçün yeni yollar axtarışına çıxa bilər”

Qarabağ münaqişəsinin artıq həll edildiyi dəfələrlə ən yüksək səviyyələrdə bəyan edilsə də, ATƏT-in Minsk Qrupu “prosesdə iştirak etməliyik”-deyib israr edir. Xüsusilə Minsk Qrupunun həmsədrlərindən Fransa əl-ayağa düşüb.

Azərbaycan cəmiyyətində isə Minsk Qrupuna inam tamamilə itib. Fransanın həmsədrlikdə qaldığı halda isə bu vasitəçilik ümumiyyətlə qəbul edilmir.

Politoloq Elşən Mustafayev bu barədə “Yeni Müsavat”a şərhində bildirdi ki, ATƏT-in Minsk Qrupu yarandığı gündən sentyabrın 27-dək problemin həllinə yox, yerində qalmasına, dondurulmasına xidmət edib. Burada indiyədək səsləndirimiş bir çox amillər rol oynayıb. Ən əsası isə Minsk Qrupunun problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində maraqlı olmaması idi. Bu isə sonsuzluğa qədər gedə bilməzdi: “Necə ki, Azərbaycan ATƏT-in,  BMT-nin öhdəliklərini özü yerinə yetirməyə məcbur oldu. Hesab edirəm ki, ATƏT sədrinin, o cümlədən Fransanın Minsk Qrupunu yenidən diriltmək cəhdləri ATƏT-in Dağlıq Qarabağ problemindən dolayı konfliktli məsələlərin həll olunmasında nüfuzunun aşağı düşməsindən qaynaqlanır. Reputasiyasını bərpa etmək üçün bundan sonra da belə bəyanatların, təkliflərin şahidi hələ çox olacağıq.

Why the Minsk Group is unable to address the Azerbaijan-Armenia conflict

Çünki Azərbaycanın ATƏT-in fəaliyyətsizliyini açıq şəkildə ortaya qoymaqla atdığı addım yeni presedent yarada bilər. Yəni  ATƏT-in vasitəçi kimi iştirak etdiyi formatlara etimadsızlıq yarana bilər və problemi olan ölkələr problemlərinin həlli üçün yeni yollar axtarışına cıxa bilərlər. Eyni zamanda ATƏT sədrinin ötən həftə münaqişənin həll ediməməsi ilə bağlı səsləndirdiyi fikirlərdə də həqiqət var. Amma bunu sona çatdırmaq üçün Azərbaycanın ATƏT-in hazırda mövcud olan formatına ehtiyacı yoxdur, olsa belə xeyri yoxdur”.

Elşən Mustafayev: “Müxalifətçiliyi monopoliyaya almaq yolverilməzdir” -

 Elşən Mustafayev

Ekspertin sözlərinə görə, problemin sona çatdırılması  Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasından keçir. Bu müqavilədə ən əsas şərt isə Azərbaycanın ərazi bütövlüyündən keçməlidir və hər hansı ərazi iddiaları olmamalıdır: “Ərazidə yaşayan ermənilərin Azərbaycan vətəndaşı olaraq qanunlarımızla yaşaması və hüquqlarının qorunması isə bizim öhdəliyimiz ola bilər. ATƏT-in Minsk Qrupu belə  formatda olan danışıqlarda vasitəçi olmağı üzərlərinə götürəcəklərsə, o zaman əməkdaşlıq etmək olar. Amma bu da o halda müəyyən nəticə verə bilər ki, 28 il Minsk Qrupuna həmsədr olan dövlətlərin tərkibində rotasiya olunsun və ehtiyac olarsa tərkib genişləndirilsin. O dövlətlər orada təmsil olunsunlar ki, münaqişə tərəflərindən birinə üstünlük verməsinlər, yaxud bir paritet ortada olsun. Fransanın Ermənistanla olan yaxınlığı, mütəmadi dəstəyi hamıya məlumdur. Eyni zamanda Rusiyanın Ermənistanla hərbi iqtisadi  və strateji müttəfiqliyi də ortadadır. Belə tərkiblə problemin həllinə getmək mümkün deyildi. Mümkün də olmadı. Əgər ATƏT-in Minsk Qrupunun  gələcəkdə problemə yanaşması konkret Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq hüquqa söykənəcəksə, bu qurumun vasitəçiliyindən istifadə etmək olar. Həmçinin  Minsk Qrupu üçlüyündə  Rusiya, Türkiyə və Almaniya olarsa, düşünürəm, əvvəlki tərkibdən daha effektli işləyəcəklər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=159991

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031