“Türk hərbçiləri Qarabağa bəlli plan üzrə yerləşəcək və…” – ekspertdən açıqlama

26.01.2021 - 10:00

Emin Həsənli: “Kiçik bir qisim insanlar var ki, qrup mənafeyindən çıxış edirlər və əsası olmayan hay-küyçülüklə məşğuldurlar”

Qarabağda Türkiyə və Rusiya hərbçilərindən ibarət Monitorinq Mərkəzinin dəqiq nə zaman fəaliyyətə başlayacağı haqda hələ rəsmi məlumat verilmir. İki həftə öncə məsələ ilə bağlı həm Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həm də Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığında müakirə aparıldığı barədə məlumat yayılıb. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tezliklə fəaliyyətə başlamasından danışıldığı, bu mərkəzin fəaliyyətinin uzunmüddətli sülhün təmin olunması işinə xidmət edəcəyinin bildirildiyi vurğulanırdı.

Lakin birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması ilə bağlı konkret son tarix deyilməyib. Konkret günlə bağlı razılaşmanın olması da məlum olmadığından Monitorinq Mərkəzinin gecikdirilməsi ilə bağlı birmənalı fikir söyləmək olmur. Hazırda Ağdam rayonunda mərkəzin tikintisi gedir. Orada müəyyən infrastruktur yaradılır. Həm Rusiya tərəfi, həm də Türkiyə tərəfi orada hər tərəfdən 60 nəfər olmaqla hərbçilərin fəaliyyət göstərəcəklərini bəyan ediblər.

Türkiyə hərbçilərinin bir qismi isə Bakıdadır. Bəs birgə Monitorinq Mərkəzi işə başlayandan sonra “Qarabağı ruslara satdılar” deyənlərin hay-küyü kəsiləcəkmi?

Emin Həsənli: “Şəhid ailələrinin və əlillərin mənzil problemi birdəfəlik  həll olunacaq”

Emin Həsənli

Hərbi ekspert Emin Həsənli bildirdi ki, çox qısa zamanda birgə Monitorinq Mərkəzi işə başlayacaq. Artıq Mərkəzin yeri bəllidir. Orada hərbçilərin yerləşməsi üçün hər bir şərait yaradılıb, hər bir şey hazırdır. Birgə Monitorinq Mərkəzi imkan verəcək ki, gələcəkdə ərazidə sülhə təhlükə törədən halların qarşısı dərhal alınsın: “Sülhə təhlükə isə bəllidir ki, silahlı erməni terrorçularıdır. Erməni silahlılarının hamısı zərərsizləşdiriləcək. Müasir texnoloji vasitələrdən istifadə edib atəşkəsi kimin pozduğunu, kimin sülhə mane olduğunu, kimin cinayətlə məşğul olduğunu aşkara çıxaracaqlar. Eyni zamanda Azərbaycanla Ermənistan arasında sərhədlər də müəyyənləşir və yaxın zamanlarda bu iş də bütünlükdə yekunlaşacaq. Naxçıvandan Qazağa qədər Ermənistanla olan bütün sərhədlərimiz müəyyənləşəcək. Laçın dəhlizinə də Azərbaycan dövləti nəzarət edəcək və oradan terrorçuların hərəkəti mümkün olmayacaq. Humanitar dəhliz ona görədir ki, Qarabağda yaşayan Azərbaycan vətəndaşı olan ermənilərlə Ermənistanda yaşayanlar gedib-gələ bilsinlər. Odur ki, dəhliz ancaq humanitar məqsəd üçün istifadə edilə bilər. Azərbaycan dövləti oraya nəzarət edəcək. Azərbaycan bütün məsələləri mərhələli şəkildə plan üzrə həll edir”.

Ekspertin sözlərinə görə, bu gün əhalinin müəyyən qismində bir qədər narahatlıq var: “Bu da başa düşüləndir. İnsanlar Dağlıq Qarabağın taleyi ilə bağlı narahatlıqlarını bəzən emosional şəkildə də ifadə edirlər. Buna da normal yanaşmaq lazımdır. Ancaq kiçik bir qisim insanlar var ki, qrup mənafeyindən çıxış edirlər və əsası olmayan hay-küyçülüklə məşğuldurlar. Türkiyənin kənarda qaldığını iddia edirlər. Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayandan sonra görək deməyə hansı sözü tapacaq bu böhtançı qruplar. Hər şeyi qara rəngdə görən bu cür qruplar sentyabr ayına qədər deyirdilər ki, iqtidar bir qarış da torpağı azad etməyəcək, iqtidar güclü ordu qurmayıb. Zaman sübut etdi ki, onların bu hay-küyü boşunadur, yalnız şəxsi qrup mənafeyinə xidmət edən təbliğatdan başqa bir şey deyil. İndi də həmin bir dəstə insan Xankəndinin birdəfəlik Rusiyaya verildiyini bəyan edir. Bir müddət sonra onların böhtanla məşğul olduqları, siyasi maraqlarını güddükləri növbəti dəfə sübuta yetəcək. Qısa müddət sonra görəcəklər ki, bütün məsələlər Azərbaycanın maraqlarına uyğun, ərazi bütövlüyümüz tam təmin olunmaqla həll olunub”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=160292

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031