DEPUTATDAN MEHDİYEVƏ VƏ TOYDA İŞTİRAK EDƏNLƏRƏ SƏRT SÖZLƏR – “Heç kəs dövlətə meydan oxuya bilməz”

22.08.2020 - 13:13

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin nəvəsi, sabiq deputat İlham Əliyevin qızı üçün karantin rejimi qaydalarını kobud surətdə pozmaqla təşkil edilən toy məclisi geniş müzakirələrə və haqlı etirazlara səbəb olub.

Bir çox tanınmış ictimaiyyət nümayəndələri və deputatlar sabiq PA rəhbərinin qanunlara və cəmiyyətə qarşı bu sayğısızlığını, özünü qanunların və cəmiyyətin üzərindəki əlahiddə şəxs kimi aparmasını sərt şəkildə tənqid ediblər.

“AzPolitika.info” xəbər verir ki, Milli Məclis Sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədrAdil Əliyev də öz sosial şəbəkə səhifəsində bu məsələyə toxunub.

A.Əliyev statusunda konkret ad çəkməsə də söhbətin Ramiz Mehdiyevin nəvəsinə təşkil edilən ziyafətdən getdiyi şübhə doğurmur.

Vitse-spikerin həmin statusunu təqdim edirik:“Cənab Prezident koronavirus bəlası ilə bağlı çıxışlarında hər kəsi sərt karantin rejimi çərçivəsində qaydalara əməl etməyə çağırır. Çıxışlar və həyata keçirilən tədbirlər koronavirus bəlasının fəsadlarının qarşısını almağa yönəlib. Həm də görülən tədbirlər ölkəmizdə insan sağlamlığına göstərilən diqqəti göstərir. Ortaya çıxan nəticə bundan ibarətdir ki, bəladan nə qədər tez qurtulsaq, o qədər yaxşıdır.

Təəssüf olsun ki, bəzi səlahiyyətli şəxslər sərt karantin rejiminəəməl etmək istəmirlər. Qaydalardan kənara çıxırlar. Onlar bilərəkdən qaydaları pozurlar. Karantin rejiminin qorunması yönündə görülən işlərə kölgə salırlar. Bununla da cəmiyyətdə inamsızlıq və etibarsızlıq yaradırlar. Hamılıqla qaydalara əməl etməliyik ki, vəziyyət nəzarətdən çıxmasın.

Adil Əliyev Musavat.com -a açıqlamasında isə Ramiz Mehdiyevin qanunları heçə sayaraq, pandemiya dövründə nəvəsinə toy etməsini kəskin tənqid edib: “Kimliyindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir. Karantin qaydalarını pozan yüksək rütbəli məmur, vəzifəlilər qanunu pozursa, hüquq mühafizə orqanları mütləq ölçü götürməlidirlər. Hüquq mühafizə orqanlarından xahiş edirəm ki, toy mərasimi təşkil edən, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyev və qudası cərimələnməlidirlər. Buna da təəssüf edirəm ki, həmkarımız Siyavuş Novruzov toyda iştirak edib. Üstəlik, mətbuata verdiyi açıqlamasında iştirakına haqq qazandırıb.

Bu hadisə ilə bağlı sərt ölçü götürülməsə, insanlar arasında dövlətin yürütdüyü siyasətə qarşı etibarsızlıq, inamsızlıq yaradar. Şəhər və rayonlarda karanatin dövründə toy, məclislər təşkil etmək istəyən sadə insanlar cərimələniblər, eynilə də bu sərt addım qanunu pozan məmurlara, özlərini qanundan yüksək tutanlara şamil olunmalıdır. Ortaya çıxan nəticə budur ki, qanun təkcə kasıb və sadə insanlar üçün nəzərdə tutulmayıb.

Heç kəs bununla da dövlətə meydan oxuya bilməz. Əgər, kimsə düşünürsə ki, bu addımı ilə dövlətə meydan oxuyur, yanılır və böyük səhv edir. Bu qanunlar bizə şəhidlərimizin qanı bahasına başa gəlib, bu qanunları pozmaq şəhidlərimizə hörmətsizlik kimi də qiymətləndirirəm.

Toy mərasimində çıxış edən Abel Məhərrəmov Ramiz Mehdiyevə təriflər yağdırır. Başa düşməlidir ki, xalq və qanun ölkə rəhbərinin tərəfindədir. Ən böyük tərif Allaha məxsusdur. Abel Məhərrəmov yaddan çıxarmamalıdır ki, dövlətimizin bütün uğurlarının arxasında Ulu öndərimizin siyasi kursu və cənab Prezidentin qətiyyətli siyasi iradəsi durur”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=152785

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930