Ramiz Mehdiyev indi də yanındakı adamları “vurdurdu” – şok məqaləyə sözardı

16.09.2020 - 15:28

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)   prezidenti Ramiz Mehdiyevin adı ətrafında yeni bir qalmaqal yetişməkdədir. Məlum “toy əhvalatı”ndan sonra ona yönəlik sərt tənqid və qınaqlara şəxsən özü məqalələrlə cavab verən akademikin müdafiəsinə bu dəfə AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi qoşulub. Qeyd edək ki, Solmaz Rüstəmova-Tohidi tarix elmləri doktoru, professordur.

Hədəf bu dəfə Ramiz Mehdiyevi müdafiə etməyən İdarə Heyətidir

Məqalə “yazının AMEA prezidenti, akademik Ramiz Mehdiyevin ətrafında son həftələr qaldırılan və hələ də davam edən “diskussiyalara” dəxli yoxdur” fikirləri ilə başlayır və “AMEA-nın nüfuzuna vurulan zərbə və yayılan şayiələr ilə bağlı uzun illər akademiya sistemində çalışan sıravi əməkdaşın narahatlığı” kimi izah edilir. Elə dərhal da R.Mehdiyevin rəhbərlik etdiyi qurumun “yüksək rəhbər eşelonu” hədəf alınır: “Rəyasət Heyəti və akademiklər cameəsinin nə üçün indiyədək məhz AMEA-nın nüfuzu bucağından bütün bu söhbətlərə münasibət nümayiş etdirmədikləri mənim üçün sual olaraq qalır”.

Ramiz Mehdiyevin biznes imperiyası: Kimlərlə şərik imiş? – VİDEO | No  Comment

Uzun illərdir ki, AMEA-nın çatısı altında işləyən tarixçi alimin Ramiz Mehdiyevi “müdafiə etmədikləri şəxslər” sırasında kimləri nəzərdə tutduqlarına nəzər yetirək. AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın vitse-prezidenti, akademik Tofiq Nağıyev, AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və  AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev. Bu, şübhəsiz həm də R.Mehdiyevin mövqeyi deməkdir ki, məlum qalmaqal zamanı adlarını çəkdiyimiz şəxslər  həqiqətən də baş verənlərə seyrçi qalıblar. İndi isə bu narazılıq professorun “dilindən” onların nəzərinə çatdırılıb.

Qüsurlu Midhət Abbasov nümunəsi…

Tarixçi alimin məqaləsinin sonrakı bölümündə “tarixə ekskursu” kifayət qədər maraqlı məqam üzərində qurulub. Sitata diqqət edək:  “Vaxtilə Azərbaycan parlamentinin bir iclasında ölkə Prezidenti Heydər Əliyev hansısa mübahisəli məsələnin müzakirəsində akademik Midhəd Abbasovu danlayarkən ona töhmətlə “Axı sən mənim adamım idin” demişdi. Bu qınağa Midhəd müəllimin dərhal və kəskin şəkildə: “Mən sizin adamınız deyiləm. Siz bu dövlətin rəhbərisiniz, mən də onun alimi, bir institutun direktoru” – cavabını xatırlayan varmı? Necə oldu bu şəxsiyyətlər?”

Midhət Teymur oğlu Abasov | Xalq Qəzeti

Məlumdur ki, Midhət Abbasov Azərbaycanda tanınmış alimlərdən biri idi. SSRİ Ali Sovetində deputat, AMEA-nın vitse-prezidenti, Azərbaycan Respublikası Prezident Şurasının üzvü kimi geniş ictimaiyyətdə də tanınıb. Midhət Abbasov 1991-ci ilin dekabrından AXC hakimiyyəti dövrünədək dövlət katibi vəzifəsini tutub. 1997-ci ilədək AMEA-nın vitse-prezidenti vəzifəsini yerinə yetirən M.Abbasov ömrünün sonunadək AMEA Geologiya İnstitutunda işləyib.

2012-ci ildə 85 yaşında dünyasının dəyişən akademik Azərbaycanda həqiqətən də dövrünün nüfuzlu alim və ziyalısı sayılırdı. Onun mərhum prezidentlə məlum mükaliməsi də yaddaşlardadır. AMEA Rəyasət Heyətinin susqunluğu fonunda mərhum akademin niyə yada salındığı da aydındır. Amma aydın olmayan məhz bundan sonra yer verilən fikirlərdir: “Midhəd Abbasovların sayı daha çox, özünü ziyalı adlandıran zümrənin müqavimət dirənişi isə daha güclü olsaydı, cəmiyyət indiki halına gəlib düşərdimi?” Aydın görünür ki, xanım tarixçi “ziyalıların indiki susqunluğundan” narazıdır, amma yada salınan nümunə qüsurlu və ondan sonrakı çağırış isə müəmmalıdır. Bu o anlama gəlir ki, xanım tarixçi indiki alim-ziyalılara susmamaq, heç kimin adamı olmamaq çağırış edir. Bunların indi, xüsusilə “cəmiyyətin hara düşməsini” yalnız  R.Mehdiyevin əli “qapı arasında qalanda” yada düşməsi isə səmimi görünmür.

Ramiz Mehdiyev  kürəkəninə mandat verəndə niyə imtina etmirdi?

Xanım  professorun siyasi sistemin formalaşmasında ciddi rolu olan, uzun illər  Prezident Administrasiyasına  rəhbərlik etmiş R.Mehdiyevin “xidmətlərini unudaraq” məqaləsində mövcud siyasi münasibətlər sistemini də  tənqid etməkdən çəkinməyib: “Cəmiyyət və onun aparıcı qüvvəsi olan ziyalılar bu sistemə, modelə qarşı, onun formalaşmağa başladığı andan zəif də olsa heç müqavimət göstərdimi? İstənilən seçkilərdə – akademiyaya, ya Milli Məclisə – sistemin təklif etdiyi şərtlər daxilində seçilməkdən imtina edən olubmu?”

Solmaz Rüstəmova-Tohidiyə “Əməkdar elm xadimi” fəxri adı verilib

Solmaz Tohidi  “seçilməkdən imtina dedikdə” R. Mehdiyevin kürəkəni- 10 il parlamentdə deputat yeri tutmuş İlham Əliyevin “hansı şərtlər daxilində seçildiyini” niyə yada salmır? Eləcə də “Mehdiyevin siyahısı”ndan seçilənlərdən birinin halal olmayan mandatdan imtina etdiyi barədə fakt bilirmi?

Mehdiyevin ətrafımı qalıb?

Tarixçi alimin Ramiz Mehdiyevin ətrafı haqda dedikləri də maraqlıdır: “Hücumçular” sanki unudurlar ki, akademik Ramiz Mehdiyev bu gün Azərbaycan Milli Elmlər Akademiyasının prezidentidir, on mindən artıq əməkdaşı olan ali elmi müəssisəsinin rəhbəridir və onun ünvanına deyilən təhqir və təhdidlər istər-istəməz akademiyanın hər bir əməkdaşında xoşagəlməz hisslər oyadır. Bütün bu olaylarda yeganə sakitləşdirici hal əsl alimlərin (elmi dərəcəsi olan deputatlar və digərləri nəzərdə tutulmur) bu “toy əhvalatının” doğurduğu miskin tamaşada iştirak etməməsidir. Mümkündür ki, akademiya kollektivinin bu ümumi sükutu içində kimlərsə müşahidəçi mövqe tutaraq bu işlərin nə ilə bitəcəyini gözləyir. Amma mən əminəm ki, Elmlər Akademiyasının çoxsaylı kollektivi Ramiz Mehdiyevlə bağlı bu kampaniyanın gedişində respublikada yeganə ali fundamental akademik elm ocağının da ən natəmiz niyyətlərlə haqsız tənqid və əsassız ittihamlara məruz qalmasından olduqca narahatdır”.

Oxu.az - DİN-dən Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı AÇIQLAMA - VİDEO

Ramiz Mehdiyevi hətta öz yaxın ətrafı-İdarə Heyəti müdafiə etmədiyi halda, ətrafında 12 minlik AMEA kollektivinin “böyük əksəriyyətinin” toplandığına isə kim inanar ki..?

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=154365

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031