Prezident bir neçə ölkədən səfirləri geri çağırdı

17.07.2021 - 13:18

Bu gün prezident İlham Əliyev diplomatik korpusda bəzi kadr dəyişiklikləri edib. Prezidentin imzaladığı sərəncamla Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Ülvi Vaqif oğlu Baxşəliyev Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Habelə dövlət başçısı Rəşad Eynəddin oğlu Məmmədovun Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb. Prezidentin imzaladığı digər sərəncamla Ağalar Rahim oğlu Atamoğlanov onun yerinə təyin edilib.

Başqa bir sərəncam Həsən Dilsuz oğlu Məmmədzadə Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Onun yerinə Əlimirzamin Qəvvam oğlu Əskərov təyin edilib.

Habelə Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Əli Fikrət oğlu Əlizadə vəzifəsindən geri çağırılıb. Xəzər Nadir oğlu Fərhadov onun yerinə təyin edilib.

Virtualaz.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=165208

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930