Rusiya Türkiyə ilə birgə İrana girsə… – Millət vəkili

05.10.2021 - 12:37

İranda dinlə siyasətin birləşməsi dini dəyərlərin gözdən salınmasına yol açıb. Mollalar hakimiyyəti ələ keçirdikləri gündən düşünülməmiş siyasətləri ilə ölkəni 40 ildən artıqdır ki, beynəlxalq sanksiyalar altında saxlayırlar. İndi də Azərbaycanla münasibətləri korlamaq üçün dəridən-qabıqdan çıxırlar. Azərbaycan mollaların əndazəni aşan açıqlamalarına diplomatik etiket qaydalarını pozmadan cavab versə də, mübasibətlərin tam korlanmaması üçün tövbə qapısını açıq saxlayır.

Bu sözləri axar.az-a açıqlamasında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

İranın Azərbaycana qarşı hərbi hədələrindən danışan millət vəkili bildirib ki, Tehranın sərhədlərimizi hər hansı formada pozmaq cəhdi regional münaqişəyə çevrilə və İran dövlətinin varlığına son qoya bilər:

“İnanırıq ki, bu həqiqəti İran rəsmiləri də, mollaları da başa düşmək imkanındadır. İrandan fərli olaraq, Azərbaycanın həm güclü müttəfiqləri, həm də qardaş Türkiyə ilə qarşılıqlı yardım haqqında sazişi var. Eyni zamanda Azərbaycan MDB-nin üzvüdür və daxildəki bütün fikir ayrılıqlarına və ziddiyətlərə baxmayaraq, nəinki Azərbaycan, istənilən MDB üzvü kənardan təcavüzə məruz qalsa, Rusiya həmin dövlətə yardım edəcək. Rusiya Türkiyə və Azərbaycanla birlikdə İrana girsə, oradan çıxması üçün 1946-cı ildən fərqli olaraq ona Britaniya və ABŞ tərfindən nüvə silahı tətbiqi hədəsi ilə təzyiq edilməyəcək, bəlkə də kömək ediləcək və Cənubi Azərbaycanda 1946-cı ildə həmin dövlətlərin dəstəyi ilə fəaliyyətinə son qoyulmuş Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi Azərbaycan Milli Hökuməti bərpa olunacaq. Təkcə Azərbaycan türkləri yox, başqa millətlər də öz dövlətlərini quracaq. Bundan başqa, hər kəs başa düşür ki, İsrail başda olmaqla, İranın düşmənləri də kənardan hadisələri müşahidə etməyəcək. Ona görə də İranın təlimləri heç bir narahatçılıq yaratmadı, yalnız acı təəssüf doğurdu”.

Millət vəkilinin sözlərinə görə, İran bu yolla xalqın ölkəni bürümüş aclıq və epidemiya ilə uğursuz mübarizədən diqqətini yayındırmaq və yaxud ermənipərəst Qərb dairələrinin dəstəyini əldə etmək istəyirsə, yanılır. İranın bütövlüyü və inkişafı Azərbaycanla dostluq siyasətinə bağlıdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=167337

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930