İngiltərənin məşhur klubu satışa çıxarıldı

09.03.2020 - 11:16

Çinli iş adamı Yao Çzişen sahibi olduğu İngiltərənin “Sautgempton” futbol klubunu satışa çıxarıb. 

“Report” “The Times” nəşrinə istinadən xəbər verir ki, Çzişen kluba 250 milyon funt-sterlinq qiymət qoyub. “Sautgempton”dakı həssələrinin 80 faizini satmaq niyyətindədir. Qeyd edək ki, asiyalı futbol funksioneri klubu 2017-ci ildə Katarina Libherrdən 250 milyon funt-sterlinq qarşılığında satın alıb. 3 ildir Yao Çzişenin nəzarətində olan klub Premyer Liqada qalmaq uğrunda mübarizə aparır.

Hazırda komandaya avstriyalı mütəxəssis Ralf Hazenhüttl başçılıq edir. “Sautgempton” isə 29 oyundan sonra 34 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: https://www.cumhuriyyet.net/?p=143726

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2020
BE ÇA Ç CA C Ş B
« Mar    
 12345
6789101112
13141516171819
20212223242526
27282930