Varlı ölkələr koronavirusa qarşı peyvənd növbəsinə dayanıblar

03.08.2020 - 18:24

ABŞ, Böyük Britaniya, Yaponiya və Avropa İttifaqına üzv ölkələr koronavirus əleyhinə hələ hazır olmayan vaksinin 1,3 milyard dozasını almaq üçün razılıq əldə ediblər.

Bu barədə “Bloomberg” agentliyi “Airfinity” analitik kampaniyasının tədqiqatına istinadla məlumat yayıb.

Məlumata əsasən, vaksin alınması üçün ABŞ və Böyük Britaniya müvafiq olaraq “Sanofi” və “GlaxoSmithKline”, Yaponiya isə “Pfizer” əczaçılıq kompaniyaları ilə saziş imzalayıblar.

Vaksinin koronavirus əleyhinə effektivliyi hələ sübut olunmasa da, varlı ölkələr tərəfindən böyük həcmlərdə sifariş edilib. Analitiklərin fikrincə, dünyanın 7,8 milyard nəfərlik əhalisi üçün vaksin çatışmayacaq və kasıb ölkələr növbənin sonunu gözləməli olacaqlar.

Oxşar vəziyyət 2009-cu ildə də qeydə alınmışdı. O zaman varlı ölkələr donuz qripi əleyhinə vaksini inhisara almışdılar.

AzərTAc xatırladır ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də Uhan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyən ediblər, martın 11-də isə yeni infeksiyanın yayılması pandemiya elan olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=151669

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930