Həmrəylik gələcək qələbələrimizin zəminidir

26.12.2020 - 14:29

Hər ilimiz Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə başa çatır. İlin son günü – 31 dekabr bu böyük dünyanın harasında olmağımızdan asılı olmayaraq nəzərlərimizin Vətənə – doğma Azərbaycana yönəldiyi milli həmrəylik günüdür.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

Deputat deyib: “Həmrəylik – insanların əsrlərboyu arzuladıqları, həyat haqqında düşüncələrində yaşatdıqları və daim ona doğru can atdıqları elə bir ictimai şüur səviyyəsidir ki, ona nail olan xalqlar xoşbəxt və firavan yaşamaq arzularına qovuşurlar. Həmrəylik bütün uğurların açarıdır. Qələbəyə, xoşbəxtliyə, firavanlığa, səadətə və nəhayət qlobal harmoniyaya açılan qapılar məhz insanlararası həmrəyliyə əsaslanır. Həmrəylik yalnız sağlam düşüncə, ədalətli məqsəd və saf niyyət əsasında doğulur. Saxta ideallar, qərəzli məqsədlər və bəd niyyətlər üzərində həmrəyliyə nail olmaq mümkün deyil. Bunu dərk etmək üçün haradan gəlib hara yetişdiyimizə baxmaq kifayətdir. Yetmiş il bizə “həmrəylik” təlqin edən sovet ideologiyası yüz milyonlarla insanı “həmrəng” edə bildi, amma həmrəy edə bilmədi. Azadlığımızı qazandıq, müstəqilliyimizi bərpa etdik, amma həmrəyliyimizin olmaması səbəbindən torpaqlarımızı itirdik. Həmrəyliyimizi tapanadək nə azadlığımıza, nə də torpaqlarımıza sahib çıxa bildik. Nəhayət şüurumuzun dərinliklərində yuva salmış “el bir olsa….” həqiqətini dərk etdik. El bir oldu – həmrəy olduq. Xalq birləşərək “Ya ölüm, ya Qarabağ” dedi. Dünyanın dörd bir tərəfində yaşayan soydaşlarımız “Vətən” dedi, hamı Azərbaycan amalı ətrafında səfərbər oldu. Xalqın həmrəyliyindən doğan vahid yenilməz güc “dəmir yumruq”da birləşib düşmənin başına endirildi. Azadlığımıza və müstəqilliyimizə qovuşduq. 1993-cü ildən başlayaraq taleyimizdə yaşanan dönüş də, bu günə qədər davam edən yüksəliş də və nəhayət bizi xoşbəxt xalqa çevirən Vətən müharibəmizdəki Qələbəmiz də məhz milli həmrəyliyimizin sayəsində mümkün oldu. Bu həmrəyliyi yaşatmaq, onu daha da gücləndirmək, şüurumuzda və əməllərimizdə gələcəyə daşımaq Azərbaycanın daimi müstəqilliyini və xalqımızın daimi xoşbəxtliyini təmin etməyin zəmanətidir. Bu həmrəylik gələcək qələbələrimizin zəminidir.

Həmrəylik ümumxalq təəssübkeşliyidir. Həmrəylik dinləmək, başqalarına məxsus dünyagörüşünü və baxış bucağını bölüşmək, milli mənafeyimiz naminə ümumxalq yolunu seçmək, Vətən üçün düşünmək, el üçün çalışmaq mədəniyyətidir.

Həmrəylik elə bir idealdır ki, o, ancaq az məsələlərdə mümkün olur. Amma bu “az”lar xalqın tarixi taleyində çox böyük rol oynayan “az”lardır və hər bir soydaşımızın qəlbində və şüurunda özünə yer tapan bu “az”ların cəmindən böyük bir Azərbaycan sevgisi yaranır. Deməli, həmrəylik həm də bir sevgidir. Millətə, xalqa, dövlətə, bayrağa və nəhayət insanın insana və İnsanlığa olan sevgisidir Həmrəylik. Bu sevgi ilə də soydaşlarımız ilin son günündə ən xoş arzularla dolu nəzərlərini Vətənə yönəldir və Azərbaycanımızla fəxr edirlər.

Tariximizə qızıl hərflərlə yazılan və gələcək nəsillərimiz tərəfindən böyük fəxarət və qürur hissi ilə xatırlanacaq bir il yaşadıq. Ən böyük xəyallarımız gerçəkliyə çevrildi, ən müqəddəs arzumuza qovuşduq – Vətənimiz azad oldu. Son 30 ildə ilk dəfə Yeni ilə doğma Qarabağımızla birlikdə addımlayırıq. Ən xoş arzuların və niyyətlərin bir-birinə qovuşduğu belə bir zamanda Azərbaycanımıza və dünyanın bütün azərbaycanlılarına sevgi dolu həmrəylik, yeni-yeni uğurlar və cansağlığı arzulayıram”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=158880

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031