Avropa Parlamenti ilə Milli Məclis arasında canlı bağlantı olub

02.02.2021 - 10:53

Bu gün Avropa Parlamenti ilə Milli Məclis arasında canlı bağlantı olub.

1news.az xəbər verir ki, video-formatda keçirilən görüşdə Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədrləri Cavanşir Feyziyev və Marina Calyurand bölgəmizdəki son durumu müzakirə ediblər.

Millət vəkili Cavanşir Feyziyev Azərbaycan, Rusiya və Ermənistan arasında dövlət başçıları səviyyəsində keçirilən 11 yanvar görüşündə qəbul olunmuş qərarları xatırladıb. Bu günlərdə hər üç ölkənin baş nazir müavinləri səviyyəsində yaradılmış formatda keçirilən ilk görüşdə bölgədə nəqliyyat kommunikasiyalarının bərpası haqqında fikir mübadiləsi aparıldığı diqqətə çatdırılıb. Millət vəkili tərəfindən işğaldan azad olunmuş ərazilərdə Azərbaycan höküməti tərəfindən aparılan quruculuq layihələri və işləri haqqında ətraflı məlumat verilib. Cavanşir Feyziyev həmçinin işğal altında qalmış ərazilərdə bütün infrastruktur və yaşayış binalarının, o cümlədən Azərbaycan tarixinə aid maddi-mədəni abidələrin dağıdıldığını qeyd edib, xüsusilə məscidlərin və digər dini abidələrin yer üzündən silinməsi və muzeylərin qarət olunması haqqında Avropalı həmkarını ətraflı məlumatlandırıb.

Post-münaqişə dövrünün tənzimlənməsi ilə bağlı sual ətrafında müzakirələr zamanı Milli Məclisin deputatı bu günlərdə Türkiyə-Rusiya Birgə Monitoring Mərkəzinin fəaliyyətə başlamasını bildirib. Deputat bildirib ki, bölgədəki nəqliyyat-kommunikasiya xətlərinin qarşılıqlı surətdə açılması Azərbaycan-Ermənistan münasibətlərinin də praqmatik gündəlik əsasında formalaşacağına zəmin yaradacaq və daha geniş miqyasda regional əməkdaşlığı stimullaşdıracaq. AP təmsilçisinin ermənilərin tez-tez qaldırdığı “hərbi əsirlər” məsələsinə münasibət bildirən Cavanşir Feyziyev deyib ki, bu məsələ Ermənistan təmsilçiləri tərəfindən dünya birliyinə və o cümlədən beynəlxalq mediaya doğru təqdim olunmur. Məsələnin mahiyyəti ondan ibarətdir ki, noyabrın sonu-dekabrın əvvəllərində əsir götürülmüş erməni hərbçilərinin hüquqi statusu müharibə əsirləri statusundan fərqlidir.

Deputat bildirib ki, 9 noyabr 2020-ci ildə tərəflər arasında atəşkəs haqqında Bəyanat imzalandıqdan sonra həmin Bəyanatın müvafiq bəndinə uyğun olaraq bütün müharibə əsirləri qarşılıqlı surətdə geri qaytarılıb. Hazırda Azərbaycanda həbsdə saxlanan hərbçilər isə atəşkəs rejiminin qüvvədə olduğu dövrdə beynəlxalq qanunlara zidd olaraq Ermənistan tərəfindən Azərbaycan ərazisinə terror aktları və diversiyalar təşkil etmək məqsədilə göndərilib. Digər tərəfdən, həbsdə olan erməni hərbçiləri arasında 90-cı illərdə Azərbaycan ərazisində xüsusilə ağır cinayətlər törətmiş şəxslər də var ki, onlar törətdikləri cinayət əməllərinə görə məsuliyyət daşıyırlar və hərbi əsirlər hesab oluna bilməzlər. Deputatın səsləndirdiyi fikirlərlə razılaşdığını bildirən xanım Marina Kalyurand hökümətlərarası kontakt qruplarında bu məsələlərə aydınlıq gətiriləcəyinə əmin olduğunu bildirib.

Tərəflər Milli Məclislə Avropa Parlamenti arasında əlaqələrin pandemiya dövrünün tələblərinə uyğun şəkildə davam etdirilməsi və növbəti görüşün gələn ay ərzində daha geniş tərkibdə keçirilməsi haqqında razılaşıblar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=160467

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31