Ukraynada Xocalı faciəsi anıldı: “Unutmarıq və unutdurmarıq!”

03.03.2021 - 00:04
Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhər barbarcasına yerlə-yeksan edilib. Yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onlardan 63-uşaq, 106-sı qadın, 70-i qoca olub. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur.
Bu faicəni unutmayan xaricdə yaşayan azərbaycanlılar həmişə tədbirlərdə Xocalı faciəsini unutmamaq və bu hadisəni dünya ictimaiyyətinə şatdırmaq üçün fəal iş aparırlar. 26 fevral 2021-ci il tarixində Ukraynanın Vinessa şəhərinin mərkəzində yerləşən “Rodina” kinoteatrında Xocalı soyqrımının anım mərasimi keçirilib.
Azərbaycan-Ukrayna-Türkiyə İş adamları dərnəyi olan ATU başqanı Əli Əliyevin təşkilatçılığı ilə mərasimdə “Bezkoneçnıy koridor” filmi nümayiş etdirilib. Dəvət olunanlar  arasında Vinessa bələdiyyə üzvləri, ukraynalılar və Vinessa şəhərində yaşayan həmvətənlərimiz iştirak etdilər. Xocalı faciəsindən 29 il keçdiyinə baxmayaraq, istər öz ölkəmizdə yaşayan vətəndaşlar, istərsə də xaricdə yaşayan həmvətənlərimiz erməni vəhşiliyini bacardıqca dünyaya çatdırır. Unutmarıq və unutdurmarıq!
Bir daha xatırladırıq ki, Xocalı faciəsi ermənilərin xəstə təfəkkürdən doğan niyyətlərinə çatmaq üçün Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ən qanlı səhifəsidir.
Xocalıda baş verənlər soyqırımı ilə əlaqədar beynəlxalq konvensiyaların müddəalarına cavab versə də, təəssüflər olsun ki, dünya ictimaiyyəti hələ də faciəyə siyasi qiymət verməyib.








Miq.Az
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=161648

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930