İcra başçısı yeni asfalt örtüyü vurulan prospektdə olub

09.06.2021 - 09:45

İcra başçısı su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan və yeni asfalt örtüyü vurulan Heydər Əliyev prospektində olub

Mediaxeberleri.Azxəbər verir ki, Respublika Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq son illər respublikamızın bütün şəhər və rayonlarında genişmiqyaslı abadlıq işləri həyata keçirilir. Paytaxtla yanaşı, ölkəmizin bütün bölgələri gündən-günə inkişaf edir ki, bu inkişafın təməlində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla icra edilən dövlət siyasəti dayanır.

Ölkə başçısının qayğısı sayəsində respublikamızın bölgələrində aparılan quruculuq işləri Qazaxda da geniş vüsət alıb. Rayonda həyata keçirilən genişmiqyaslı abadlıq işləri bu dediklərimizin bariz nümunəsidir.

Hazırda ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrası yekunlaşmaq üzrədir. Təqdirəlayiq hal isə odur ki, çəkilişlə paralel olaraq işlər yekunlaşan ərazilər abadlaşdırılır, işlərin başa çatdırıldığı prospekt və küçələr asfaltlanır, səkilərə yeni tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan və yeni asfalt örtüyü vurulan Heydər Əliyev prospektində olub. Görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanan rayon rəhbəri işin keyfiyyətlə aparılmasını bildirib və aidiyyatı üzrə tapşırıqlarını verib.
Onu da qeyd edək ki, prospektdə işlər başa çatan hissədə çəkilişlə yanaşı, köhnə tamet və bardürlər də sökülərək yenilənir, rabitə və elektrik xətləri səliqəyə salınır.

Qazaxda aparılan genişmiqyaslı quruculuq işləri sakinlər tərəfindən də minnətdarlıqla qarşılanır və bütün bu işlərə görə ölkə Prezidenti İlham Əliyevə təşəkkür edirlər.

Məlumat üçün bildirək ki, şəhərin Heydər Əliyev prospektində, Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə yeni asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 31A,92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq “Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=164332

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2021
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930