“Easy Pay” şirkətinin rəhbəri “Azərişıq”la arasındakı 1.7 milyonluq qalmaqala görə həbs edilib

17.07.2021 - 12:18

Kommunal, bank və başqa ödənişlərin edildiyi “Easy Pay” MMC şirkətinin rəhbəri həbs edilib. Artıq şirkətin terminalları iki ilə yaxındır ki, yoxdur. Şirkətin təsisçisi olan Pərviz Əliyev mənimsəmədə ittiham olunaraq həbs edilib.

Musavat.com xəbər verir ki, onun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutur.

İttihama götə, Pərviz Əliyev 1.8 milyon manata yaxın yeyintidə suçlanır. Şirkət rəhbəri “Azərişıq”ın şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib.

Məlumata görə, “Easy Pay” vasitəsiylə vətəndaşların ödədiyi təxminən 1 milyon 750 min manat işıqpulunu şirkət “Azərişıq”ın hesabına köçürməyib.

Buna görə də ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsilə ittiham irəli sürülüb.

Məhkəmədə ifadə verən P.Əliyev “Azərişıq”a borclu olduqlarını təsdiqləsə də, o vəsaitin yeyilməsi haqda deyilənləri qəbul etmir, deyir ki, bu heç bir yeyintidən söhbət gedə bilməz: “Bizdə bütün şirkət və banklarla hesablaşmalar, ödəmələr aylıq olurdu. Abonent ödəniş edən kimi dərhal şirkətin balansına köçürmürdük. Kim pulu təcili tələb edirdisə, sıralama üzrə, onlara daha əvvəl ödənilirdi. “Azərişıq”a 2 milyon yarım borc olan aylar da olub. Ödəyə-ödəyə 1.7 milyona salmışıq. İttihamda yazılıb ki, guya 2019-cu ilin mart-aprel aylarında bu qədər yeyinti olub, belə deyil. İllərin borcudur”- deyən P.Əliyev şirkətin borclanmasının səbəbini də izah edib.

Onun sözlərinə görə, haqsız rəqabətlə üzləşdikləri üçün xərcləri artıb: “Bəzi dövlət qurumları ödənişləri bizə vermirdilər. Buna görə də biz müştəri itiririk. Əməkdaşlıq etdiyimiz bəzi şirkətlər də bizə çatası faizləri ödəmirdi. Bu üzdən gəlirlərimiz xərcləri ödəmirdi, nəticədə ziyanla işləyirik”.

İnun sözlərinə görə, “Azərişıq” kimi bəzi şirkətlərə də borclar bunun nəticəsində yaranmışdı.

Qeyd edək ki, “EasyPay” şirkəti 2019-cu ilin noyabrında müflis elan edilib. Bu barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində qərar çıxarılıb. Bakıda və ölkənin regionlarında ödəniş terminalları şəbəkəsinə malik olan “EasyPay”in “Azərişıq”la yanaşı, başqa şirkətlər qarşısında da borc öhdəliyi var. Şirkətlə “BTB Bank” arasında da buna görə məhkəmə çəkişməsi gedirdi.

Təsisçi P.Əliyev məhkəməsində onu da bildirib ki, onun həbsindən sonra şirkətin bank hesabının üzərinə həbs qoyulub. Hesabda təxminən 400 min manat vəsait var. Şirkətin borcu isə bundan xeyli çoxdur.

İlkin Muradov

Musavat.com

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=165192

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2021
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031