Xocavənddə ermənilərin minaladığı ərazilərdə yanğın olub

17.07.2021 - 13:08

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xocavənd rayonunun Edilli kəndi yaxınlığında düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirlikdən bildirilib ki, məlumat əsasında Nazirliyin müvafiq qüvvələri dərhal yanğın baş vermiş əraziyə cəlb olunub.

Təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin səyi ilə yanğının bilavasitə Edilli kəndinə keçməsinin qarşısı alınıb, habelə kommunikasiya xətləri yanğından mühafizə olunub. Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin iki ədəd helikopteri də cəlb olunmaqla baş vermiş yanğın söndürülərək sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=165202

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2021
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031