Forbes”: “Azərbaycanlılar erməni tanklarını məhv etdiyi kimi Ukrayna da Rusiya gəmilərini sıradan çıxarmaq istəyir”

17.07.2021 - 13:24

“Bayraktar” və dronlar daşıyacaq “Anadolu” gəmisi gündəmdədir

“Baykar Makina” şirkəti tərəfindən istehsal edilən “Bayraktar TB2”-Türkiyənin operativ-taktiki, orta yüksəklikdə uçan qırıcı milli pilotsuz döyüş (PUA) təyyarəsidir. Bu dron haqqında ABŞ-ın məşhur “Forbes” jurnalı məqalə təqdim edib. Silahlar üzrə ixtisaslaşmış David Axe-nin qələmə aldığı “The Ukrainian Navy’s Killer Drone Has Arrived” (Ukrayna donanması qatil dronlar əldə etdi) adlı məqalənin girişində deyilir: “Ötən il Dağlıq Qarabağda Azərbaycanın qələbəsini təmin edən dronlar Ukrayna Donanmasının ixtiyarına verilib. Həmin dronlar Qara dəniz üzərində patrul xidməti həyata keçirəcək. Türkiyə istehsalı olan “TB-2” dronu Ukrayna donanmasının son 30 ildə aldığı yeganə silahdır. “TB-2” dronlarının gəlişi Ukraynanın dənizdən müdafiəsi ilə bağlı planlarını dəyişə bilər”.

“TB-2” dronunun parametrlərinə diqqət çəkən müəllif qeyd edir ki, bu silahın dəyəri 1 milyon dollara yaxındır. Türkiyə donanması yeni “Anadolu” gəmisində bu tip dronları yerləşdirmək fikrindədir. Və bu, dünyanın ilk dron daşıyan gəmisi olacaq.

David Axe yazır ki, ancaq bura Qafqaz deyil. Azərbaycana uğur gətirən bu silah Ukraynada da eyni effekti nümayiş etdirə biləcəkmi? Müəllif yazır: “Rəsmi Kiyev ümid edir ki, “TB-2” dronları Ukrayna ilə Rusiya arasında olacaq növbəti müharibədə eyni dərəcədə həlledici rol oynayacaq”.

Məqalədə qeyd olunur ki, Rusiya ilə Donbasda başlamış ilk müharibədə Ukrayna çox sayda qırıcı təyyarə və helikopter itirdi: “İtkilər o qədər böyük idi ki, sonda Ukrayna qırıcıları və helikopterləri Donbas üzərində uçuşları demək olar ki, dayandırdılar”.

“Bu gün Ukraynanın hava qüvvələri 125 qırıcı təyyarəyə sahibdir. Onların çoxu 1980-ci illərdə istehsal olunub. Kiyev yeni qırıcılar almaq gücündə deyil. Ancaq ucuz dronlar ala bilər. Ukrayna 2019-cü ildə dronların ilk partiyasını almaq üçün sifariş vermişdi”.

Qara dənizdə-Odessa şəhəri yaxınlığında NATO ilə Ukraynanın keçirdiyi birgə hərbi təlimlərə diqqət çəkən müəllif yazır ki, “TB-2” dronları ilk dəfə o vaxt səmada görünüb.

Vəziyyəti təhlil edən müəllif deyir ki, Qara dənizə iri hərbi gəmilər çıxarmaq gücü olmayan Ukrayna yaxşı başa düşür ki, bu yolla Rusiya donanması qarşısında duruş gətirmək mümkün deyil. Ona görə də Ukrayna yerli istehsal olan gəmi əleyhinə raketlərdən istifadə etməyə çalışır: “Lakin “Neptun” adlanan anti-gəmi sisteminin hədəfi müəyyən etməsi üçün əlavə məlumatlara ehtiyacı olur. Radar və patrul katerlərinin ona koordinat ötürməsi gərəkir. Lakin pilotsuz təyyarələr daha sürətli və çevikdir”.

Məqalənin sonunda vurğulanır ki, Ukrayna ümid edir ki, Türkiyədən alınan dronlar Rusiyanın Qara dənizdə nümayiş etdirdiyi təcavüzkar planların qarşısını alacaq: “Azərbaycanlılar erməni tanklarını dronlarla necə məhv ediblərsə, Ukrayna da Rusiya gəmilərini eyni uğurla sıradan çıxaracaq”.

Elbəyi Həsənli, Sürix
https://www.forbes.com/sites/davidaxe/2021/07/16/the-ukrainian-navys-killer-drone-has-arrived/?sh=6057f82b6a11

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=165213

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2021
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031