Icra başçısı qəbul imtahanlarında yüksək bal toplayan tələbələrlə görüşüb

19.09.2021 - 12:29
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 2020-2021-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında rayon üzrə 600-dən yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüşüb.

Mediaxeberleri.Az xəbər verir ki, 2020-2021-ci tədris ilində Qazax rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərində 34 tam orta məktəb üzrə 718 nəfər 11-ci sinfi bitirib, onlardan 560 nəfər ali və orta ixtisas məktəblərinə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verib. 362 nəfər ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçid balını toplayıb, 33 məktəb üzrə 320 nəfər tələbə adını qazanıb. Tələbələrdən 8 nəfəri 600 baldan, 46 nəfəri 500 baldan, 69 nəfəri 400 baldan, 79 nəfəri 300 baldan, 87 nəfəri 200 baldan, 31 nəfəri isə 100 baldan yuxarı nəticə göstərib.

Hər il olduğu kimi, bu ildə 600 baldan yuxarı nəticə göstərən tələbələr, məktəb direktorları, ibtidai sinif müəllimləri və sinif rəhbərləri hədiyyələrlə mükafatlandırılıblar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=166892

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031