Qazaxda qəzalı vəziyyətdə olan məktəbdən – FOTOLAR

02.10.2022 - 11:39

Bu gün Qazax rayon Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin binası qəzalı vəziyyətdədir. Həm məktəbin müəllim-şagird kollektivi, həm valideynlər, həm də kənd sakinləri məktəbin qəzalı vəziyyətdə olmasından çox narahatdırlar. Aidiyyəti orqanlar tərəfindən tədbir görülməsini tələb edirlər.

Bununla bağlı 28 sentyabr 2022-ci il tarixdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, “Rayon Fövqəladə Hallar Komissiyası”nın sədri Məmməd Alıyev tərəfindən adı çəkilən məktəbin qəzalı vəziyyətdə olması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat verilib. Həmçinin, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinə rəsmi məktub ünvanlanıb.

Sentyabrın 29-da isə sözügedən məsələ ilə əlaqədar Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, “Rayon Fövqəladə Hallar Komissiyası”nın sədri Məmməd Alıyev, “Rayon Fövqəladə Hallar Komissiyası”nın üzvləri, RİH başçısı aparatında Memarlıq və Tikinti şöbəsinin müdiri, Fərhad İsgəndərov, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini, “Rayon Fövqəladə Hallar Komissiyası”nın sədr müavini Azad Hümbətov, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin Qərb Regional Tikinti Müfəttişliyinin əməkdaşları Bəybulud Hacıyev, Asif Məmmədov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayon Təhsil Sektorunun Baş məsləhətçisi Əziz Məmmədov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə təsərrüfat qrupunun rəisi Allahverdi İsmayılov Birinci Şıxlı kənd tam orta məktəbdə olub, məktəb rəhbərliyinin iştirakı ilə mövcud vəziyyətə yerində baxış keçiriblər.

Keçirilən vizual baxış zamanı binanın hər üç mərtəbəsində uzunluğu 3-5 metr olan dərin keçici çatlar müşahidə olunub. Bundan əlavə, binanın birinci mərtəbəsinin foyesində-sağ tərəfdə, bəzi sinif otaqlarının və idman zalının döşəməsinin çökməsi, binanın fasad hissəsinin pəncərə haşiyələrində “aqlay” və “kabançik” üzlük daşlarının qopması, 2 ədəd monolit dəmir beton sütunlarda çəpəki çatlar aşkar edilib. Yaranmış çatların davamlı olub-olmamasını müşahidə etmək üçün əsas hissələrdə (10 ədəd) “mayak”lar qurulub və çatların dinamikası nəzarətə götürülüb. Mövcud vəziyyət yerində qeyd edilərək akt tərtib olunub. Hazırda Fövqəladə Hallar Nazirliyinin rəyi gözlənilir.

Məlumat üçün onu da qeyd edək ki, Respublika Prezidentinin “Qəza vəziyyətində olan ümumtəhsil məktəblərinin yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında” 2009-cu il 4 dekabr tarixli Sərəncamına əsasən sözügedən məktəbin tikintisinə 2010-cu ilin yanvarında başlanılıb, 2011-ci ilin yanvarında isə tikinti işləri başa çatdırılıb. 2011-ci ilin 9 fevralında isə istifadəyə verilib.

Qazaxda qəzalı vəziyyətdə olan məktəbdən - FOTOLAR
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=183087

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031