Ödənişli yolda AĞIR QƏZA – Ölən və yaralananlar var
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolunun Şabrandan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Report”un məlumatına görə, “BMW” markalı avtomobil ödənişli yolda idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində sürücü Cəfər Həsənov aldığı xəsarətlərdən yerindəcə keçinib. Avtomobildə olan digər sərnişinlər – 2002-ci il təvəllüdlü Emin Xudiyev və 2003-cü il təvəllüdlü Nərmin Təhməzova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb. Hər üçü Bakı şəhər sakinidir. Faktla bağlı araşdırma aparılır.
Short URL: https://www.cumhuriyyet.net/?p=197564