Azərbaycanda 7 futbolçunun DTX-də dindirildiyi bildirilir

16.02.2024 - 14:43

Hazırda Birinci divizionda çıxış edən “İrəvan”ın futbolçularının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən sorğu-sual edildiyi bildirilir. Bu barədə Offsideplus.az məlumat yayıb.
Bildirilir ki, dindirilmə futbolda oyun alğı-satqı məsələsi ilə bağlı olub.
“Qərbi Azərbaycan təmsilçisinin 7 üzvü dünən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən sorğu-sual edilib. Onlar Azərbaycan Kubokunun 1/8 finalında “Araz-Naxçıvan”la (2:8) oyunun nəticəsinə görə dindiriliblər”, – xəbər portalı yazır. Qeyd olunub ki, məlumatı “İrəvan” futbol klubunun prezidenti Zahid Niyazəliyev də təsdiqləyib:
“Dünən futbolçular bu məsələ ilə bağlı dindirilib. Oyunçular “Araz-Naxçıvan”la kubok matçına görə sorğu-sual edilib. Məsələ ilə bağlı araşdırma davam edir”.

Short URL: https://www.cumhuriyyet.net/?p=198562

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728