Türkiyənin “Escobar” ləqəbli mafiya liderinin çetesi çökdürülüb

21.02.2024 - 10:54

“Türk Escobar” ləqəbi lə beynəlxalq cinayətkar şəbəkələrdə tanınan və hazırda həbsdə olmasına baxmayaraq, “əl-qol”u Türkiyədə uzun olan Ürfi Çetinkayanın çetesinə qarşı növbəti əməliyyat keçirilib. Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili işlər naziri Ali Yerlikaya paylaşım edib.

Ali Yerlikaya bildirib ki, “Türk Escobar”ın təlimatları ilə hərəkət edən cinayət təşkilatına qarşı keçirilən “Qəfəs-44” əməliyyatı çərçivəsində daha 42 şübhəli saxlanılıb. Nazirin sözlərinə görə, onların arasında ABŞ-ın qırmızı xətlə axtarışa verdiyi şəxs də var.

Nazir qeyd eidb ki, çete üzvlərinin Almaniya, Bolqarıstan, İspaniya, Mavritaniya, Portuqaliya və Yunanıstanda ələ keçirilən təxminən 13, Türkiyədə ələ keçirilən 24 ton narkotikin də sahibləri olublar: “Onların 11 ölkə ilə – Almaniya, Albaniya, Avstriya, BƏƏ, Belçika, Bolqarıstan, Hollandiya, İspaniya, İtaliya, Pakistan və Yunanıstana qədər əlaqələri var…”.

DİN başçısı əməliyyat zamanı xeyli sənədsiz silah, pul və digər sübutları də ələ keçirdikərini sözlərinə əlavə edib.

Tahir Şəlvəli

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=198674

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930