Ərdoğanın korteji qəzaya uğradı, ölən və yaralananlar var

14.03.2024 - 11:31

Türkiyənin cənub-şərqində prezident Rəcəb Tayyib Ərdoğanın mühafizə xidmətinin əməkdaşı qəza nəticəsində dünyasını dəyişib.  Yenisabah.az xəbər verir ki, İHA agentliyinin məlumatına görə, Türkiyənin cənub-şərqindəki Şırnak vilayətinin İdil rayonunda mitinqdən sonra Ərdoğanın korteji qəzaya düşüb, nəticədə 1 polis ölüb, ikisi polis olmaqla 3 nəfər yaralanıb.

Qəza barədə Mardin şəhərində keçirilən mitinqdə Ərdoğan da məlumat verib: “Bu gün Şırnakdakı mitinqimizdən sonra baş verən avtomobil qəzası nəticəsində həlak olan polis Fırat Dereyə başsağlığı verir, qəzada yaralanan əməkdaşlara şəfa diləyirəm”.

Qeyd edək ki, Ərdoğanın iştirak etdiyi mitinqlər martın 31-də keçiriləcək bələdiyyə seçkiləri öncəsi təşkil edilən kampaniya çərçivəsində keçirilir.

Short URL: https://www.cumhuriyyet.net/?p=199287

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31