Bakı metrosunun deposuna gizli girən əcnəbilər tutuldu

30.03.2024 - 14:16

Bakı metropolitenin deposuna daxil olan 3 xarici ölkə vətəndaşının saxlanılması barədə məlumatlar yayılıb. Bu barədə DİN-in Mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, turist kimi ölkəmizdə olan Avstraliya, Yeni Zellandiya və Fransa vətəndaşları qatarların dayandığı depoya gizli daxil olub bir neçə vaqonu boya ilə yazaraq əmlaka qəsdən ziyan vurublar.

Həmin şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla dəyən ziyanın miqdarı 4850 manat müəyyən edilib. Qanunvericiliyə uyğun olaraq dövlət əmlakını qəsdən zədələyən həmin şəxslər müvafiq məhkəməyə çıxarılacaq.

Short URL: https://www.cumhuriyyet.net/?p=199758

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31