Rusiyanın müdafiə naziri Azərbaycana görə özündən çıxdı

01.06.2024 - 12:24

NATO və AB-nin Rusiya ilə qarşıdurma kursu KTMT-nin bir sıra kollektiv təhlükəsizlik regionlarında gərginliyin artmasına səbəb olur. Axar.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Andrey Belousov deyib.
“NATO-nun ayrı-ayrı ölkələri Qafqazda öz mövqelərini möhkəmləndirməyə, bununla da Xəzər dənizinin resurslarına və Mərkəzi Asiyaya birbaşa çıxış əldə etməyə çalışır. Gürcüstanda vəziyyət destabiləşdirilir və fəal şəkildə antirusiya addımlarına nail olmaq məqsədi daşıyan aksiyalar maliyyələşdirilir. Ziddiyyətləri həll etmək üçün Ermənistan və Azərbaycana həyasızcasına vasitəçilik xidmətləri təklif olunur. Sülh müqaviləsinin yalnız Qərb platformalarında və diktə əsasında imzalanması təklif edilir. Vaşinqton və Brüsselin təhlükəsizliyin, eləcə də müdafiənin gücləndirilməsi bəhanəsi ilə erməni tərəfdaşlarımızı öz maraqları dairəsinə cəlb etmək planları xüsusi narahatlıq doğurur”, – o bildirib.

Short URL: https://www.cumhuriyyet.net/?p=200878

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930