İntihar etdiyi deyilən sabiq məmur danışdı

12.12.2018 - 12:55

 

 

 

 

 

Dekabrın 7-də intihar etdiyi xəbəri yayılan Naxçıvanın Baş nazirinin sabiq birinci müavini Asəf Məmmədov Azinforum.az-a açıqlama verib.

O, yaxınlarının və doğmalarının bu xəbərdən ciddi sarsıntı keçirdiklərini  bildirib: “Hansısa məmurun vəzifədən azad edilməsi normal bir haldır. Ancaq bu, kiməsə əsas vermir ki, vəzifədən azad olunan sabiq məmur barədə öz mülahizələri əsasında həqiqəti əks etdirməyən şayiələr yaysın.

Hesab edirəm ki, həmin  doğru olmayan xəbərin yayılmasında maraqlı olan qüvvələr var, onların kimliyi mütləq araşdırılmalıdır. Hər halda, jurnalistə də həmin yanlış xəbəri kimsə verib.

Amma siz media adamları da hər eşitdiyinizi yazmamalısınız.  Hər halda mənimlə  və ya doğmalarımla əlaqə saxlanılsaydı dərhal bu xəbərin yanlış olduğu üzə çıxardı.

Əsası olmayan belə ağır xəbər bizə və doğmalarımıza çox pis təsir edib. Yəqin ki, hüquqi vasitələrdən istifadə edib, bizə dəyən mənəvi zərərin kompensasiyasını tələb edəcəm. Təşəkkür edirəm ki, bu məsələyə aydınlıq gətirdiniz”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=125478

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031