“Cəmi bir qızıl medalım qaldı” – Mariya Stadnik

18.09.2019 - 17:26

7afd81d8-af66-43f8-bf6d-8c24e382f6e1Azərbaycanın qadın güləşçisi Mariya Stadnik ikiqat dünya çempionluğunu əldə etdikdən sonra jurnalistlərin suallarını cavablandırıb.

“Report”un yarışa ezam olunmuş əməkdaşı həmin müsahibəni təqdim edir:

– Sizə elə gəlmir ki, asan qələbə oldu? 

– Bu, sizə elə gəlir. Bu medaladək gəldiyimiz yolu bilmirsiniz. Bu medalı şəxsi məşqçim, dünyanın ən yaxşı məşqçisi Andrey Stadnikə həsr etmək istərdim. Bu medal onun xidmətinin nəticəsidir. Böyük təşəkkürlər!

– Yaponiyalı əsas rəqibiniz Yui Susakinin dünya çempionatında iştirak etməyəcəyini eşitdikdə, çempion olacağınızı düşünmədiniz? 

– Xeyr. Mənim üçün rəqibin fərqi yox idi. Bura qızıl medal üçün gəlmişdim. Hansısa rəqibin iştirak etməməsi anlayışı yoxdur. Güclü olmaq istəyirsənsə, ən güclüləri udmalısan. Bu halda güclülərin güclüsü olursan.

– Düşünmürsünüz ki, cəmi bir qızıl medalınız qaldı? 

– Bəli, elədir (gülür). Sonra isə istirahət etmək olar. Olimpiya qızılınadək isə çalışmaq, vuruşmaq lazımdır. Qızıl medal qazanmaq istəyirdim. Kiminlə qarşılaşmağımın və kimi udmağımın isə fərqi yox idi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=133262

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930