Azərbaycanda koronavirus aşkarlanan şəxsin 23 yaşı var

28.02.2020 - 18:18

“1997-ci il təvəllüdlü Rusiya vətəndaşı yüksək hərarətlə xüsusi karantin mərkəzinə aparılıb və lazımi analizlər götürülüb. Nəticədə həmin şəxsin koronavirusa yoluxduğu müəyyənləşib. Hazırda vəziyyəti stabildir”.

“Report” xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı keçirdiyi brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sərhəd keçid məntəqələrində iki mərhələli yoxlamalar mövcuddur.

Y.Qarayeva qeyd edib ki, bütün xəstəxanalarda işçilərdən qoruyucu vasitələrlə təmin olunub:

“Bütün ehtiyac olan dərmanlarla xəstəxanalar təmin olunub. Qobustan, Astara və Cəlilabad rayon xəstəxanaları, dəstək olaraq Biləsuvar, Masallı və Bakıda 1 saylı Kliniki Tibbi Mərkəz, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu və 7 saylı Uşaq xəstəxanası ayrılıb”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=143276

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930