Türkiyədə koronavirusdan ölənlərin sayı 108 oldu
Türkiyədə koronavirusdan ölənlərin sayı 108 nəfərə çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter səhifəsində yazıb.
O bildirib ki, son sutka ərzində daha 16 nəfər dünyasını dəyişib. Bu gün aparılan 7 min 461 testdən 704-ü pozitiv çıxıb.
Bununla da koronaviruslu xəstələrin sayı 7 min 402-yə çatıb.
Short URL: https://www.cumhuriyyet.net/?p=144540