ABŞ-da 5 körpədə koronavirus aşkarlandı

04.04.2020 - 11:37

ABŞ-ın Merilend ştatında biri biraylıq olmaqla, 5 körpəyə koronavirus diaqnozu qoyulub.

“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Larri Hoqan açıqlama verib.

O bildirib ki, ştatda yaşı 1-dən az olan 5 körpədə koronavirus testi pozitiv çıxıb: “Gerçək budur ki, bu xəstəlik heç bir fərq qoymur, heç kəs toxunulmaz deyil”.

Qeyd edək ki, Merilenddə indiyədək 2 758 nəfərə koronavirus diaqnozu qoyulub. Ştatda pandemiya qurbanlarının sayı isə 40-ı ötüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 118 000-i ötüb. Bunların 229 151 nəfəri sağalıb, 59 203 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=144808

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930