İranda ikihəftəlik körpədə koronavirus aşkarlandı

04.04.2020 - 11:57

İranda yenicə doğulmuş körpəyə koronavirus diaqnozu qoyulub.

“Report” IRNA-ya istinadən xəbər verir ki, bunu Şəhid Saduki Tibb Universitetinin prorektoru Mahmud Nuri Şadkam açıqlayıb.

Prorektor universitet xəstəxanasına doğum üçün müraciət edən qadının koronavirus şübhəlisi, doğulmuş körpədə isə koronavirusun aşkarlandığını bildirib.

Məlumata görə, iki həftə öncə doğulan uşağın çəkisi 800 qramdır.

“Bunun körpəyə mənfi təsiri olmayacağını düşünülsə də, testlərdən sonra uşağın koronavirusa yoluxduğu məlum olub”, – M.N.Şadkam vurğulayıb.

Qeyd edək ki, aprelin 3-nə olan məlumata görə, İranda qeydə alınmış koronavirus hallarının sayı 53 183 nəfərə çatıb. Pandemiya qurbanlarının sayı isə 3 294 nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 118 000-i ötüb. Bunların 229 151 nəfəri sağalıb, 59 203 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=144810

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930